Əfsanəvi italiyalı futbolçu Andrea Pirlo İtaliya millisinin yeni baş məşqçisi olmağa yaxındır. Bu barədə tanınmış transfer eksperti Fabrizio Romano məlumat yayıb.
Romano bildirib ki, 47 yaşlı mütəxəssis İtaliya Futbol Federasiyasının təklifini şifahi olaraq qəbul edib və yaxın vaxtlarda rəsmi müqavilə imzalayacaq. Pirloya texniki direktor Paolo Maldini və Leonardo tərəfindən təqdim olunan uzunmüddətli layihə cəlbedici gəlib.
İtaliya yığması Cennaro Qattuzonun rəhbərliyi altında ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilmədikdən sonra federasiya yeni baş məşqçi axtarışına başlayıb. Qattuzo bu ilin aprelində tərəflərin qarşılıqlı razılığı ilə vəzifəsindən ayrılıb.
Maldininin ilk seçimləri Karlo Ançelotti və Pep Qvardiola olsa da, hər iki mütəxəssis təklifi geri çevirib. Bundan sonra əsas namizəd Andrea Pirlo olub və ona dördillik müqavilə təklif edilib.
Pirlo məşqçilik karyerasına 2020-ci ildə “Yuventus”da başlayıb. Daha sonra Türkiyənin “Fatih Karagümrük” və İtaliyanın “Sampdoriya” klublarında çalışıb. Ötən ilin yayından isə BƏƏ-nin “Dubai United” klubunun baş məşqçisidir.