Azərbaycan atıcıları Xorvatiyanın Osiyek şəhərində təşkil olunan Avropa çempionatında fəxri kürsüyə yüksəliblər. Qarışıq komanda yarışlarında (miks) çıxış edən Ruslan Lunyov və Zeynəb Sultanova dueti 25 metr məsafədən atəş açma növündə uğurla çıxış edərək çempionatın gümüş medalını qazanıblar. İdmançılarımız gərgin keçən mübarizədə yalnız final mərhələsində rəqiblərinə uduzaraq ikinci pillədə qərarlaşıblar.