“Neftçi”nin 150-ci onbirmetrlik zərbəsi və 80% dəqiqlik

16.03.26 | 14:51
Ölkə futbolu

Premyer Liqanın XXIV turunda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən “Neftçi” tarixi göstəriciyə imza atıb. Paytaxt təmsilçisinin bu qarşılaşmada qazandığı penalti “ağ-qaralar”ın ölkə çempionatları tarihindəki 150-ci onbirmetrlik zərbəsi kimi qeydə alınıb.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına əsasən, 1992-ci il mövsümündən bəri qazanılan bu zərbələrdən 120-si qolla nəticələnib. Bakı klubunun penalti yerinə yetirmə dəqiqliyi 80% təşkil edir. Xatırladaq ki, “Neftçi” penalti sayına görə yalnız “Qarabağ”dan geri qalır.

“Qəbələ” ilə matçdakı yubiley qolunun müəllifi komandanın kapitanı Emin Mahmudov olub. “Flaqman”ın ölkə çempionatındakı ilk penaltisi isə 8 may 1992-ci ilə təsadüf edir. Sumqayıt “Xəzər”i ilə keçirilən həmin görüşdə tarixi zərbəni Yunis Hüseynov dəqiq yerinə yetirib.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18