Premyer Liqanın II turu çərçivəsində keçirilən matçda “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı darmadağın edib.
Yuri Vernidubun yetirmələri qarşılaşmanın taleyini elə ilk hissədə həll ediblər. Breno Almeydanın dublu (14, 17-ci dəqiqələr), Falaye Sako (35) və İqor Ribeyronun (41) dəqiq zərbələri ilə fasiləyə 4 cavabsız qolla yollanan flaqman, matçda son nöqtəni 90-cı dəqiqədə Andreu Qravilyonla qoyub.
Matçın 66-cı dəqiqəsində “Palms Sports Arena”da gözlənilməz hal yaşanıb. Belə ki, stadionun projektorları sönüb. 5 dəqiqəlik fasilədən sonra proyeksiya işıqları tam yanmasa da, hakim qərarı ilə oyun bərpa olunub və qarşılaşma qaranlıq mühitdə sona çatdırılıb.
“Neftçi” – “Araz-Naxçıvan” 5:0
Qollar: B. Almeyda, 14 (1:0), 17 (2:0), F. Sako, 35 (3:0), İ. Ribeyro, 41 (4:0), A. Qravilyon, 90 (5:0)
Baş hakim: Rəşad Əhmədov
“Neftçi”: Emil Balayev, Emin Mahmudov (k) (Qustavo Klisman, 58), Elvin Bədəlov, Emil Səfərov (Draqolyub Saviç, 76), Rüfət Abbasov, Falaye Sako, İfeanyi Metyu (Andreu Qravilyon, 76), İqor Ribeyro, Lyubomir Tupta, Breno Almeyda (Aslan Şirinov, 85), Freddi Varqas (Alen Şkribek, 58)

Xəbərdarlıqlar: Kane, Şkribek, Qravilyon
Stadion: “Palms Sports Arena” Turun daha əvvəl keçirilən oyunlarında “Şafa” səfərdə “Qəbələ”ni minimal hesabla üstələyib (1:0), “Zirə” isə “İmişli”dən üstün olub (3:1). “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları isə Avropa kubokları səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.