“Neftçi” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi macar vinger Alen Şkribeki rənglərinə bağlayıb.
25 yaşlı oyunçu ilə 2+1 illik (iki illik və əlavə olaraq bir il müddətinə uzadılma şərti ilə) müqavilə imzalanıb. Macar futbolçunun sonuncu komandası ölkəsinin “Zalaegerseq” klubu olub.