Azarkeşkərin böyük həvəslə gözlədiyi oyun ümidləri doğrultmadı. Xüsusən də “Neftçi” fanatları üçün oyun tam bir fiasko oldu. Bakı klubu bütün komponentlərdə rəqibi önündə aciz qalaraq intriqasız bir oyuna bais oldu. “Qarabağ”ın bu oyunda xüsusi üstün oynadığını söyləmək çətindir. Çünki, “Neftçi” o dərəcədə bayağı və aşağı səviyyəli oyun göstərdi ki, rəqibin gücünə qiymət vermək çətindir. Amma istənilən halda Musa Qurbanlı ən yaxşı oyunlarından birini keçirdi. Əsas heyətdə meydana çıxan hücumçu hirsli və istəkli oyunu ilə seçildi və komandasının 3 qolunda birbaşa iştirak etməklə faktiki olaraq qələbədə əsas pay sahibi oldu.
NEFTÇİ – QARABAĞ 1:5 (1:3)
Qollar: Musa Qurbanlı, 9; 32. Coni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3 – Elvin Bədəlov, 20.
Baş hakim: Tural Qurbanov.
“Neftçi”: Kənan Piriç, Emin Mahmudov (k) (Edvin Kuç, 79), Elvin Bədəlov, Emil Səfərov, Mustafa Sek, İqor Ribeyro, İfeanyi Metyu (Xordan Resabala, 61), İmad Faraj (Alessio Kurçi, 72), Andrey Ştoqrin, Freddi Varqas (Bassala Sambu, 72), Luis Ortis (Murad Məmmədov, 61).
“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov (k), Toral Bayramov, Musa Qurbanlı (Aleksey Kaşçuk, 83), Abdulla Zubir (Emmanuel Addai, 83), Kevin Medina, Marko Yankoviç, Mateus Silva, Coni Montiel, Leandro Andrade (Kadi, 76), Pedro Bikalyo (Kamilo Duran, 76).
Sarı vərəqələr: Silva, 14. Ortis, 60. Bayramov, 60. Resabala, 83.