“Neftçi” – “Qarabağ” oyununda rekordlar gecəsi

28.04.26 | 14:15
Ölkə futbolu

Azərbaycan futbolunun iki nəhəngi – “Neftçi” və “Qarabağ”ın növbəti qarşılaşması sadəcə meydandakı mübarizə ilə deyil, həm də yenilənən rekordlar və tarixi yubileylərlə yadda qaldı. Premyer Liqanın 29-cu turu çərçivəsində baş tutan və “köhlən atlar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşan bu dərbi, ölkə futbol tarixinin statistika arxivinə bir neçə mühüm qeyd əlavə etdi.

Bu oyunun ən diqqətçəkən məqamlarından biri “Palms Sports Arena”dakı atmosfer idi. PFL-in rəsmi rəqəmlərinə görə, qarşılaşmanı 9500 azarkeş izləyib. Bu, “Neftçi”nin son 15 mövsümdəki ev oyunları üçün rekord göstərici kimi qeydə alınıb.

Xatırladaq ki, “ağ-qaralar”ın doğma meydan oyununda bundan daha yüksək göstərici sonuncu dəfə 2010/11 mövsümündə, Tofiq Bəhramov adına Respublika Stadionunda “Xəzər Lənkəran”la keçirilən klassik derbidə (10 000 tamaşaçı) qeydə alınmışdı. Bu rəqəmlər futbolumuza olan marağın yenidən pik həddə çatdığının bariz nümunəsidir.

Ağdam təmsilçisi bu qələbə ilə ölkə çempionatları tarixindəki hegemonluğunu bir daha sübut etdi. “Neftçi” üzərindəki qələbə “Qarabağ”ın səfər oyunlarındakı 60-cı böyükhesablı uğuru oldu. 1992-ci ilin iyununda Kürdəmir “Şirvan”ı üzərindəki 3:0 hesablı qələbə ilə başlayan bu yol, bu gün Ağdam klubunu Azərbaycanın mütləq rekordçusuna çevirib.

Musa Qurbanlının vurduğu qol isə klubun səfər oyunlarındakı 700-cü qolu kimi tarixə düşdü. Ümumilikdə səfərdə 488 oyun keçirən “Qarabağ”, hazırda 704 qolla (orta hesabla hər oyuna 1,44 qol) bu sahədə əlçatmazdır. Müqayisə üçün qeyd edək ki, klubun səfərdəki ilk qol sevincini 34 il əvvəl – 9 may 1992-ci ildə Cavanşir Novruzov yaşatmışdı.

Komandanın müdafiəsinin sarsılmaz ismi olan Kevin Medina üçün bu matç şəxsi karyerasında mühüm mərhələ idi. 2020-ci ilin yayında “Qarabağ”a qoşulan kolumbiyalı derbidə 200-cü rəsmi oyununu keçirdi.

Turnir                          Oyun         Qol

Premyer Liqa              117            –

Avrokuboklar              69              –

Ölkə kuboku               14              –

Cəmi                            200            6

Hide quoted text

———- Forwarded message ———
From: rovshan sultan <rovshan64@gmail.com>
Date: Tue, Apr 28, 2026, 13:41
Subject:
To: <atesh.sultanov@gmail.com>

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13