Azərbaycan futbolunun iki nəhəngi – “Neftçi” və “Qarabağ”ın növbəti qarşılaşması sadəcə meydandakı mübarizə ilə deyil, həm də yenilənən rekordlar və tarixi yubileylərlə yadda qaldı. Premyer Liqanın 29-cu turu çərçivəsində baş tutan və “köhlən atlar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşan bu dərbi, ölkə futbol tarixinin statistika arxivinə bir neçə mühüm qeyd əlavə etdi.
Bu oyunun ən diqqətçəkən məqamlarından biri “Palms Sports Arena”dakı atmosfer idi. PFL-in rəsmi rəqəmlərinə görə, qarşılaşmanı 9500 azarkeş izləyib. Bu, “Neftçi”nin son 15 mövsümdəki ev oyunları üçün rekord göstərici kimi qeydə alınıb.
Xatırladaq ki, “ağ-qaralar”ın doğma meydan oyununda bundan daha yüksək göstərici sonuncu dəfə 2010/11 mövsümündə, Tofiq Bəhramov adına Respublika Stadionunda “Xəzər Lənkəran”la keçirilən klassik derbidə (10 000 tamaşaçı) qeydə alınmışdı. Bu rəqəmlər futbolumuza olan marağın yenidən pik həddə çatdığının bariz nümunəsidir.
Ağdam təmsilçisi bu qələbə ilə ölkə çempionatları tarixindəki hegemonluğunu bir daha sübut etdi. “Neftçi” üzərindəki qələbə “Qarabağ”ın səfər oyunlarındakı 60-cı böyükhesablı uğuru oldu. 1992-ci ilin iyununda Kürdəmir “Şirvan”ı üzərindəki 3:0 hesablı qələbə ilə başlayan bu yol, bu gün Ağdam klubunu Azərbaycanın mütləq rekordçusuna çevirib.
Musa Qurbanlının vurduğu qol isə klubun səfər oyunlarındakı 700-cü qolu kimi tarixə düşdü. Ümumilikdə səfərdə 488 oyun keçirən “Qarabağ”, hazırda 704 qolla (orta hesabla hər oyuna 1,44 qol) bu sahədə əlçatmazdır. Müqayisə üçün qeyd edək ki, klubun səfərdəki ilk qol sevincini 34 il əvvəl – 9 may 1992-ci ildə Cavanşir Novruzov yaşatmışdı.
Komandanın müdafiəsinin sarsılmaz ismi olan Kevin Medina üçün bu matç şəxsi karyerasında mühüm mərhələ idi. 2020-ci ilin yayında “Qarabağ”a qoşulan kolumbiyalı derbidə 200-cü rəsmi oyununu keçirdi.
Turnir Oyun Qol
Premyer Liqa 117 –
Avrokuboklar 69 –
Ölkə kuboku 14 –
Cəmi 200 6
Hide quoted text
———- Forwarded message ———
From: rovshan sultan <rovshan64@gmail.com>
Date: Tue, Apr 28, 2026, 13:41
Subject:
To: <atesh.sultanov@gmail.com>
“Neftçi” – “Qarabağ” oyununda rekordlar gecəsi