Millinin hücumçusu Nəriman Axundzadənin “Kolambus Kryu” klubundakı məvacibi rəsmiləşib. MLS Oyunçular Assosiasiyasının (MLSPA) rəsmi hesabatına görə, 22 yaşlı forvardın Ohayo təmsilçisindəki illik fundamental maaşı 550 000 dollar təşkil edir.
Məlumata görə, vergilər və digər bonuslar daxil olmaqla bu məbləğ illik 633 389 dollara bərabərdir. Xatırladaq ki, cari ilin fevral ayında “Qarabağ”dan okeanın o tayına yollanan Nəriman “Kolambus Kryu” ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.