Mundialdakı xəyalqırıqlığından sonra Antoneladan Messiyə duyğulu mesaj: “Sən həmişə ən yaxşısı olacaqsan!”

21.07.26 | 01:24
Dünya futbolu

Argentina yığmasının mundialın finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olmasından sonra Lionel Messinin həyat yoldaşı Antonela Rokkutso sosial şəbəkə hesabında diqqətçəkən və duyğulu bir paylaşım edib.

Xatırladaq ki, bazar günü əlavə vaxtda buraxılan yeganə qol Messinin ikinci dəfə dünya çempionu olmaq xəyalını puç etmişdi. Final fitindən sonra göz yaşlarına hakim ola bilməyən “albiselesta”nın kapitanı ertəsi gün hisslərini bu sözlərlə ifadə etmişdi: “Ağrı çox böyükdür və bu yaranın sağalması üçün vaxt lazımdır. Lakin mən həm də bütün yaxşı anları, hər şeyimizi ortaya qoyaraq gedişatı dəyişdiyimiz matçları xatırlayıram. Bunlar əbədi olaraq yaddaşımızda qalacaq”.

Böyük xəyalqırıqlığından sonra Messiyə ən böyük mənəvi dəstək məhz həyat yoldaşından gəlib. Antonela Instagram-da ərinə ünvanladığı müraciətdə onun nə üçün hər zaman “ən yaxşı” olaraq qalacağını yazıb: “Sən həmişə ən yaxşısı olacaqsan, Leo. Təkcə istedadına görə yox, həm də heç vaxt özün olmaqdan vaz keçmədiyin üçün. Nə baş verirsə versin, sən heç vaxt təslim olmursan, son saniyəyə qədər mübarizə aparırsan. Yıxıldıqdan sonra yenidən ayağa qalxmaq gücün səni bənzərsiz edir”.

O, həmçinin Messinin ailəsi və sevənləri üçün necə böyük bir örnək olduğunu vurğulayıb: “Bizə hər gün əsl uğurun gərgin əmək, fədakarlıq və əzmkarlıqla qazanıldığını öyrətdiyin üçün təşəkkür edirəm. Sən uşaqlarımız üçün ən yaxşı nümunə və milyonlarla insan üçün ilham mənbəyisən. Səninlə qürur duyuram və səni çox sevirəm”.

Qeyd edək ki, 41 milyondan çox izləyicisi olan Antonelanın bu paylaşımı cəmi 40 dəqiqə ərzində 1,3 milyondan çox bəyənmə toplayaraq böyük rezonans doğurub.

Leo Messi və Antonela Rokkutso hələ uşaqlıq illərindən, Antonelanın əmisi oğlu və Messinin yaxın dostu olan Lukas Skalya vasitəsilə tanış olublar. 2009-cu ildə münasibətlərini ictimaiyyətə açıqlayan cütlük 2017-ci ilin iyununda rəsmi nikaha daxil olub. Onların Tiaqo, Mateo və Çiro adlı üç oğlu var. Hazırda 38 yaşı olan Antonela dünyanın ən populyar futbolçu xanımlarından biri olmaqla yanaşı, həm də iş qadını və xeyriyyəçi kimi fəaliyyət göstərir.

Paylaş:

Xəbər Lenti

​“Zirə”dən növbəti transfer: Kot-d’İvuar hücumçusu heyətə qatıldı

21.07.26 | 17:52

Qeorqi Nikolov: “Qarabağ” Avropa futbolunda özünü sübut etmiş ciddi döyüşçüdür”

21.07.26 | 14:43

ÇL-də növbəti addım: “Bayquşlar” finləri sınağa çəkir

21.07.26 | 12:44

Ronaldo sosial şəbəkələri çalxaladı: FİFA, Argentina və Messiyə qarşı ittihiamları dəstəklədi

21.07.26 | 03:22

“İnfantino, istefa ver!” — İspaniyalı azarkeşlər dünya çempionlarını bu şüarla qarşıladılar

21.07.26 | 03:08

Mundialdakı xəyalqırıqlığından sonra Antoneladan Messiyə duyğulu mesaj: “Sən həmişə ən yaxşısı olacaqsan!”

21.07.26 | 01:24

Azərbaycan futbolunda islahat və inkişaf çağırışı: “Uğur istəyiriksə, bir olmalıyıq”

21.07.26 | 01:46

Finalın qəhramanı Ferran Torres: “Bu gün  böyük bir yükdən azad oldum”

21.07.26 | 01:19

Belçika millisində ayrılıq: Rudi Qarsiya postunu tərk edir

21.07.26 | 00:57

Çeferindən FİFA-ya sərt etiraz: UEFA rəhbəri DÇ-nin finalını boykot etdi

21.07.26 | 00:17

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi böhran: Azarkeşlərdən “İstefa” tələbi

21.07.26 | 00:26

Finlandiyalı qapıçıdan “Sabah”la oyun öncəsi iddialı açıqlama: “Heç kimdən qorxmuruq”

21.07.26 | 00:11

İspaniya dünya çempionu oldu: rekord, 7-ci beynəlxalq kubok və 51 milyon dollarlıq mükafat

20.07.26 | 19:09

Miika Nuutinen: “Favorit “Sabah”dır, lakin bizi çətin oyun gözləyir”

20.07.26 | 19:47

Dambrauskas “KuPS” sınağı öncəsi: “Fikrimiz yalnız sabahkı oyundadır”

20.07.26 | 18:37

Coy-Lens Mikkels: “Əsas heyətdə yer almaq üçün daha çox qol vurmalıyam”

20.07.26 | 18:33

“Qarabağ” və “Turan Tovuz”un hədəfi: “Kayrat”ın forvardı

20.07.26 | 18:14

Rodri tarixi uğura imza atdı: Bunu bacaran 11-ci futbolçu oldu

20.07.26 | 18:28

Messi 68 illik dünya çempionatı rekordunu yenilədi

20.07.26 | 17:26

Mundialdan sonra qeyri-müəyyənlik: Skaloninin göz yaşları və Messinin milli karyerası bitir?

20.07.26 | 17:06