Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05
Digər növlər

İyunun 19-21-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçiriləcək cüdo üzrə nüfuzlu “Böyük Dəbilqə” (Grand Slam) turniri üçün Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Məşqçilər korpusunun qərarına əsasən, bu mühüm sınaqda ölkəmizi 17 idmançı (12 kişi və 5 qadın cüdoçu) təmsil edəcək. Yarışın əsas strateji əhəmiyyəti odur ki, məhz bu turnirdən etibarən cüdoçuların hesabına 2028-ci ildə Los-Anceles keçiriləcək Yay Olimpiya Oyunları üçün ilk lisenziya xalları yazılacaq.

Monqolustanda qızıl medal qazanan idmançı aktivinə 1000 reytinq xalı yazdıracaq. Gümüş medal sahibləri 700, bürünc mükafatçılar isə 500 reytinq xalı əldə edəcəklər.

Ulan-Bator turnirində qüvvəsini sınayacaq Azərbaycan millisinin heyəti həm təcrübəli, həm də gənc idmançıların vəhdətindən ibarətdir. Kişi cüdoçuların yarışında -60 kq-da Əhməd Yusifov və Balabəy Ağayev, -66 kq-da Ruslan Paşayev və Nizami İmranov, -73 kq çəkidə isə Hidayət Heydərovla Rəşid Məmmədəliyev güclərini sınayacaqlar. Orta və ağır çəkilərdə isə müvafiq olaraq Zelim Tçkayev (-81 kq), Murad Fətiyev və Aslan Kotsoyev (-90 kq), Zelim Kotsoyev (-100 kq), həmçinin Kənan Nəsibovla Camal Qamzatxanov (+100 kq) mübarizəyə qoşulacaqlar. Qadın komandamızın heyətində isə müxtəlif çəki dərəcələri üzrə Şəfəq Həmidova, Gültac Məmmədəliyeva, Fidan Əlizadə, Südabə Ağayeva və Madina Kaisinova uğurlu nəticə üçün xal davası aparacaqlar.

Paylaş:

Xəbər Lenti

Sadıqov: “Sonda mərhələ keçən tərəf olmaq istəyirik”

17.06.26 | 18:37

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48

Avropa Liqasında püşk atıldı: “Qarabağ”ın II mərhələdəki potensial rəqibləri bəllidir

17.06.26 | 16:57

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02