Minifutbol üzrə millimiz Slovakiyada keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir. Bakıda reallaşan bir həftəlik təlim-məşq toplanışını yekunlaşdıran yığmamız hazırlıq planının növbəti mərhələsi üçün Monteneqroya yollanıb.
Herçeq Novi şəhərində təşkil olunacaq beynəlxalq mini-turnirdə iştirak edəcək komandamız, qitə birinciliyi öncəsi son hazırlıq oyunlarını keçirəcək.
Bu turnir məşqçilər heyəti üçün futbolçuların son durumunu dəyərləndirmək baxımından həlledici sınaq olacaq. Xatırladaq ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun aralığında Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq.