Azərbaycan millisinin sabiq qapıçısı Mehdi Cənnətov “Sumqayıt”dan ayrılaraq özünə yeni klub tapıb.
“Səbail” klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, 34 yaşlı qolkiper növbəti mövsümdə Misli Premyer Liqasında deyil, 1-ci Liqada mübarizə aparacaq. “Dənizçilər” təcrübəli qapıçı ilə “1+1” sxemi üzrə (1 illik və daha 1 il uzadılma variantı ilə) müqavilə imzalayıblar.