Fransanın PSJ klubu UEFA Superkuboku uğrunda matçda İngiltərə təmsilçisi “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edərək mövsümün ilk titulunu qazanıb.
Əldə edilən qələbə Paris təmsilçisinin kapitanı Markinyos üçün xüsusi əhəmiyyət kəsb edib. PSJ forması ilə 40-cı tituluna sahib çıxan braziliyalı müdafiəçi bununla mütləq klub rekorduna imza atıb. Eyni zamanda, sözügedən kubok təcrübəli oyunçunun zəngin karyerasındakı 43-cü mükafatı kimi tarixə düşüb. Bu göstərici ilə Markinyos aktivində 42 titulu olan həmvətəni, sabiq müdafiəçi Dani Alvesi geridə qoyaraq dünyanın ən çox titul qazanan futbolçuları siyahısında ikinci pilləyə yüksəlib. Reytinqə karyerası ərzində 46 titul qazanmış əfsanəvi argentinalı hücumçu Lionel Messi başçılıq edir.