Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18
Dünya futbolu

Dünya futbolunun əfsanəvi simalarından biri, ömrünü yaşıl meydanlara həsr etmiş Mirça Luçeskunun vəfatından əvvəlki son söhbətləri üzə çıxıb. Rumıniyalı jurnalist Horiya İvanoviç təcrübəli mütəxəssislə bağlı ürəkdağlayan xatirələrini bölüşərək, Luçeskunun son nəfəsinə qədər futboldan qopmadığını bildirib.

İvanoviçin sözlərinə görə, təcrübəli baş məşqçi ölümündən bir qədər əvvəl Türkiyə ilə keçiriləcək qarşılaşmaya köklənibmiş. Futbol eşqi ilə çırpınan Luçeskunun son planları bu sözlərdə gizlənib: “Türkiyə ilə oyuna hazırlaşırdım. Bu matçı səbirsizliklə gözləyirdim və mərhələni keçəcəyimizə tam əmin idim”.

Jurnalist qeyd edib ki, əfsanəvi məşqçi səhhətindəki problemlərə rəğmən, daim xəbərləri izləyir və gündəmdən geri qalmırdı. Ürək tutmasından qısa müddət əvvəl baş tutan telefon danışığında Luçeskunun işlətdiyi bir cümlə indi hər kəsi kədərə qərq edib. İvanoviç həmin anları belə xatırlayır: “Mənə “narahat olma, istirahət etmək üçün hələ çox vaxtım olacaq” dedi. Bu sözlər onun gedişindən sonra tam fərqli və hüzünlü bir məna qazandı”.

Son aylar səhhətinin sürətlə pisləşməsindən təəccüblənən Luçesku, fiziki durumunun işinə mane olmasından duyduğu məyusluğu da gizlətməyib. O, ömrünün son günlərində taleyinə bu qısa, lakin ağır cümlə ilə etiraz edib: “Qocalıq ədalətsizdir…”

Dünya futbolu təkcə böyük bir taktiki zəkanı deyil, həm də son saniyəsinə qədər peşəsinə aşiq olan bir fədakarı itirdi. Mirça Luçeskunun adı futbol tarixinə silinməz izlərlə həkk olundu.

Paylaş:

Xəbər Lenti

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34