Lionel Messi sükutu pozdu, Ronaldo isə ona dəstək oldu

13.08.26 | 04:01
Dünya futbolu

Ötən həftəsonu Lionel Messinin atası Xorxe Messi 68 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Argentina yığmasının kapitanı dərhal doğma Rosario şəhərinə yollanaraq, mətbuatdan gizli saxlanılan və məhdud sayda insanın qatıldığı dəfn mərasimində atası ilə vidalaşıb.

Günlərlə davam edən sükutdan sonra səssizliyini pozan ulduz futbolçu, sosial şəbəkə hesabında atasına həsr etdiyi geniş və təsirli məktub yayımlayıb. O, məktubunda həm atasının onun həyatındakı əvəzsiz rolu, həm də gələcək karyerası ilə bağlı yaranan şübhələri barədə səmimi fikirlərini bölüşüb.

Messi atasının yoxluğuna alışmağın çətinliyini bu sözlərlə ifadə edib: “Səni bir daha görməyəcəyimi, bir daha söhbət edə bilməyəcəyimizi düşünmək çox ağırdır. Bilirəm ki, əziyyət çəkirdin və bəlkə də belə daha yaxşıdır, amma bizi çox tez tərk etdin”.

Futbolçunun məktubundan aydın olur ki, onun bu yay keçirilən və karyerasında sonuncu olacaq Dünya Çempionatında iştirak etməsinin əsas motivasiyası məhz atası olub. Xəstəlik səbəbindən oğlunu izləmək üçün ABŞ-a gedə bilməyən Xorxeyə Messi növbəti çempionluq kubokunu gətirməyə söz veribmiş.

Argentina yığmasının finalda İspaniyaya əlavə vaxtda məğlub olmasından bəhs edən Messi yazıb: “Bu dəfə bədənimə meydan oxumağa çalışsam da, alınmadı, istədiyim formaya düşə bilmədim. Çempion ola bilmədik, amma hər matçdan necə zövq aldığımızı təsəvvür edə bilməzsən. Sən yenə də haqlı idin: mən orada olub oynamalı idim”.

Yaşadığı ağır itki və finaldakı məğlubiyyət hazırda “İnter Mayami” ilə 2028-ci ilə qədər müqaviləsi olan Messinin motivasiyasına ciddi zərbə vurub. O, futbolla vidalaşmaq ehtimalını gizlətməyib:  “Sənsiz nə edəcəyimi, necə davam edəcəyimi bilmirəm. Həyatım yalnız futbolla bağlı idi, amma indi buna davam edə biləcəyimə əmin deyiləm. Sən llk gündən mənimlə olmusan, sona isə lap az qalmışdı. Kaş ki, hər şeyi birlikdə yekunlaşdırmaq üçün bir az da dözə biləydin. Rahat yat və yuxarıdan bizi izlə. Hər şey üçün təşəkkürlər”. Messinin bu ağır günündə idman ictimaiyyəti, o cümlədən əzəli rəqibi Kriştiano Ronaldo da ona dəstək olub. Portuqaliyalı hücumçu Messinin paylaşımına rəy yazaraq rəqibinə təsəlli verib: “Bu çətin gündə sənə və doğmalarına bərk-bərk sarılıram, Leo. Möhkəm ol”.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00