“Kral Kazu” yenidən tarix yazdı: 59 yaşında dubl edərək rekordunu yenilədi

20.08.26 | 13:43
Dünya futbolu

Yaponiya futbolunun əfsanəsi Kazuyoşi Miura karyerasının növbəti inanılmaz nailiyyətinə imza atıb. “Kral Kazu” ləqəbli 59 yaşlı hücumçu ölkənin ən qədim turniri olan İmperator Kubokunda iki penaltini dəqiq yerinə yetirərək turnir tarixinin ən yaşlı qol müəllifi adını qazanıb.

Peşəkar karyerasında 42-ci mövsümünü keçirən əfsanəvi futbolçu üçüncü divizion təmsilçisi “Fukusima Yunayted”in aşağı liqa klubu “Oyama Sokker Klub”u 7:0 hesabı ilə darmadağın etdiyi matçın əsas qəhrəmanlarından biri olub.

Bu qarşılaşma Miuranın uzun müddət sonra bir oyundakı məhsuldarlığı ilə də yadda qalıb. Belə ki, o, sonuncu dəfə 2005-ci ilin noyabrında – Avstraliyanın “Sidney” klubunda çıxış edərkən bir matçda birdən çox qola imza atmışdı.

Kapitan sarğısı ilə sahəyə çıxan və 58 dəqiqə meydanda mübarizə aparan “Kral Kazu” əvvəlcə 12-ci dəqiqədə, daha sonra isə özünün qazandığı penaltini 55-ci dəqiqədəq dəqiq yerinə yetirərək dubl edib. Bununla da o, daha əvvəl 41 yaşında qol vuran sabiq yığma üzvü Sindzi Ononun rekordunu qırıb.

Matçdan sonra AFP agentliyinə açıqlama verən Miura hər gün məşqlərdən sonra xüsusi olaraq penaltilər üzərində çalışdığını bildirib.

Karyerasına 1986-cı ildə Braziliya “Santos”unda başlayan Miura uzun illər ərzində İtaliya, Xorvatiya, Avstraliya və Portuqaliya liqalarında da çıxış edib. Yaponiya millisinin heyətində 1990-cı ildə debüt edən hücumçu yığmada keçirdiyi 89 matçda 55 qol vurub. Miura yanvar ayından etibarən “Fukusima Yunayted”in uğurları üçün çalışır və hələ də yaşın sadəcə rəqəm olduğunu bütün dünyaya sübut etməkdə davam edir.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20