UEFA Konfrans Liqasının 2026/27 mövsümünün təsnifat mərhələsi başa çatıb. Cümə gününə keçən gecə keçirilən son oyunlardan sonra turnirin əsas (liqa) mərhələsinə vəsiqə qazanan 36 komandanın hamısının adı müəyyənləşib.
Püşkatma öncəsi komandaların səbətlər üzrə bölgüsü də məlum olub:
1-ci səbət: “Atalanta” (İtaliya), “Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Frayburq” (Almaniya), “Monako” (Fransa), “Kopenhagen” (Danimarka).
2-ci səbət: “Midtyulland” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Gent” (Belçika), “Panatinaikos” (Yunanıstan), “Pafos” (Kipr), “Brayton” (İngiltərə).
3-cü səbət: “Luqano” (İsveçrə), “Xetafe” (İspaniya), KUPS (Finlandiya), “Tvente” (Niderland), “Borats” (Banya-Luka, Bosniya və Herseqovina), “Sent-Trüiden” (Belçika).
4-cü səbət: “Linkoln Red İmps” (Cəbəllütariq), “Brann” (Norveç), “Harts” (Şotlandiya), “Kayrat” (Qazaxıstan), “Trabzonspor” (Türkiyə), “Universitatya” (Krayova, Rumıniya).
5-ci səbət: “Riqa” (Latviya), “Hayduk” (Xorvatiya), “Yablonets” (Çexiya), AGF, “Norşellann” (hər ikisi – Danimarka), “İnter” (Eskalda, Andorra).
6-cı səbət: “Tun” (İsveçrə), ÇSKA (Sofiya, Bolqarıstan), “Kauno Jalqiris” (Litva), “Myelbyu” (İsveç), “İberiya 1999” (Gürcüstan), “Eqnatiya” (Albaniya).
Konfrans Liqasının əsas mərhələsinin püşkatma mərasimi bu gün Monakoda keçiriləcək. Püşk Avropa Liqasının mərasimindən sonra baş tutacaq. Avropa Liqasının püşkatması saat 15:00-da, Konfrans Liqasının püşkü isə ondan dərhal sonra başlayacaq. Yeni formatda keçirilən əsas mərhələdə 36 komanda vahid turnir cədvəlində mübarizə aparacaq.