İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan təmsilçilərinin bu mərhələyə yüksələcəkləri təqdirdə mümkün rəqibləri müəyyənləşib.
Püşkatmanın nəticələrinə əsasən, ‘Neftçi’ ikinci təsnifat mərhələsində Minsk ‘Dinamo’sunu keçəcəyi təqdirdə, üçüncü raundda Serbiya ‘Jelezniçar’ı ilə Portuqaliyanın ‘Braqa’ klubu arasındakı cütün qalibi ilə üz-üzə gələcək. Eyni mərhələdə mübarizə aparan ‘Zirə’ isə Estoniyanın ‘Payde’ səddini adlayacağı halda, növbəti raundda Andorra ‘Santa-Koloma’sı və ya Vyana ‘Rapid’i (Avstriya) ilə qarşılaşacaq. Öz növbəsində, Avropa Liqasının ikinci təsnifat mərhələsində Bolqarıstanın MOİK klubu ilə qarşılaşacaq ‘Qarabağ’ mübarizəni Konfrans Liqasında davam etdirəcəyi təqdirdə, Kiyev ‘Dinamo’su (Ukrayna) ilə PAOK (Yunanıstan) cütlüyünün məğlubu ilə qüvvəsini sınayacaq.
3-cü təsnifat mərhələsinin oyunları 6 və 13 avqust tarixlərində baş tutacaq.