“Karvan-Yevlax” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Yevlax təmsilçisi müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
“Qəbələ” futbol akademiyasının yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi, bu vaxta qədər “Sabah”, “Şamaxı” və “Sumqayıt” klublarının şərəfini qoruyub. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmaları ilə yanaşı, əsas milli komandada da çıxış edib.