PSJ-nin və Fransa millisinin müdafiəçisi Lukas Ernandes gərgin oyun qrafikinin ardından 38 yaşlı sevgilisi Viktoriya Triay ilə ailə həyatı qurub. Çempionlar Liqasında finala qədər irəliləyən və beynəlxalq turnirlərdə çıxış edən 30 yaşlı futbolçunun sıx qrafiki toyun təşkilini təhlükə altına salınsa da, mərasim turnirdən bir həftə sonra baş tutub.
İyulun 25-dən 27-dək Paris yaxınlığındakı XII əsrə aid tarixi “Abbaye des Vaux-de-Cernay” monastırın otelində keçirilən 3 günlük təmtəraqlı toy üçün cütlük bütün kompleksi icarəyə götürüb.
Tədbirə futbol dünyasının bir çox tanınmış simaları qatılıb. PSJ və Fransa millisinin ulduzları — Kilian Mbappe, Usman Dembele və Əşrəf Hakimi birbaşa turnirdən və ya istirahətlərini yarımçıq kəsərək (bəziləri 15 saatlıq uçuşla) toy mərasiminə gəliblər. Qonaqların kompleks ərazisində rahat gəzməsi üçün hər otağa vintage velosipedlər yerləşdirilib.
Mərasim haqqında “Vogue” jurnalına danışan Lukas Ernandes xəyalındakı toyu gerçəkləşdirdiyini bildirib: “Mən əsl festival arzusunda idim: bütün ailəmiz və ən yaxın dostlarımızla birlikdə keçirilən üçgünlük böyük bir bayram” .
Gəlin Viktoriya isə təəssüratlarını belə bölüşüb: “Bu, sadəcə toy deyil, illərdir görmədiyimiz doğmalarımızı və dostlarımızı bir araya gətirən unudulmaz bir görüş oldu”.
İyulun 27-də başa çatan möhtəşəm toy həftəsindən dərhal sonra Lukas Ernandes yenidən yaşıl meydanlara qayıdıb. Fransalı müdafiəçi PSJ-nin “Aston Villa”nı 2:1 üstələdiyi UEFA Superkuboku matçında oynayaraq mövsümə titulla başlayıb.