Millimizin sabiq yarımmüdafiəçisi Filip Ozobiç karyerasını Azərbaycan Premyer Liqasında davam etdirmək variantından imtina edib.
35 yaşlı xorvatiyalı futbolçuya ölkəmizin klublarından birindən təklif gəlsə də, təcrübəli yarımmüdafiəçi vətəninə dönməyə qərar verib. O, Xorvatiya 1-ci Liqasında mübarizə aparan “Mladost”la razılıq əldə edib. Ozobiç mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq.
Xatırladaq ki, Filip Ozobiç ölkəmizdə “Qəbələ”, “Qarabağ”, “Neftçi” və “Turan Tovuz”un formasını geyinib.