“Fiorentina” mövsümə uğursuz startdan sonra baş məşqçi Fabio Qrosso ilə yollarını ayırıb. Komanda İtaliya çempionatının ilk üç turunda məğlubiyyətlə üzləşib. “Roma” və “Frozinone” ilə görüşlərdəki uğursuzluqlardan sonra, son zərbə “Torino”dan alınıb.
Florensiya təmsilçisi evdə hesabda öndə olmasına baxmayaraq, üstünlüyünü qoruya bilməyib və məğlubiyyətlə barışıb. Bu nəticə klub rəhbərliyinin səbrini tükədib.
Yay transfer pəncərəsində heyətə 13 yeni futbolçu cəlb edən və təqribən 130 milyon avro sərmayə qoyan klub rəhbərliyi tamamilə yenilənmiş komandadan yüksək hədəflər gözləyirdi. Keçən mövsüm A Seriyasında qalmaq uğrunda çətinliklə mübarizə aparan “bənövşəyilər” bu yay yeni eraya start vermək niyyətində idi. Lakin komandanın idman direktoru Fabio Paratiçi iyunda 48 yaşlı çempionun gətirilməsi gözlənilən nəticəni vermədi.
İtaliya mətbuatının məlumatına görə, komandanın yeni baş məşqçisi postuna əsas namizəd Paolo Vanolidir. 54 yaşlı mütəxəssis ötən mövsümün gedişində də “Fiorentinanı” çətin vəziyyətdən çıxararaq 15-ci pillədə qərarlaşdırmışdı. Yeri gəlmişkən, Florensiya klubu son iki ildə beşinci dəfə baş məşqçi dəyişdirir.