Əsrin futbol fırıldağı: Premyer Liqa tarixinin ən pis oyunçusu

22.08.26 | 00:57
Dünya futbolu

İngiltərə Premyer Liqasında (İPL) yeni mövsümün startı ərəfəsində yerli mətbuat elita tarixinin ən pis hücumçusu hesab olunan seneqallı Ali Dianın inanılmaz hekayəsini xatırladıb. Qısa müddət əvvəl 61 yaşını qeyd edən sabiq futbolçu, vaxtilə idman dünyasında “əsrin fırıldağı”na imza atıb.

Karyerasına Fransanın aşağı liqalarında başlayan Dia, internetin inkişaf etmədiyi dövrdən məharətlə istifadə edib. O, özünü “Qızıl top” sahibi Corc Vuanın əmisi oğlu kimi təqdim edərək, 1995-ci ildə Finlandiya və Almaniya (“Lübek”) klublarında qısa müddətli müqavilələr əldə edə bilib.

Daha sonra onun dostu İPL klublarına zəng edərək Dianı PSJ və Seneqal millisinin sabiq üzvü kimi təqdim edib. “Vest Hem”in baş məşqçisi Harri Rednapp bu təklifdən şübhələnib rədd etsə də, “Sauthempton”u çalışdıran Qrem Suness yalanlara inanaraq Dia ilə 1 aylıq müqavilə imzalayıb. Baxış üçün nəzərdə tutulan yoxlama oyunu yağışa görə ləğv edildiyindən, afrikalı oyunçu birbaşa komandaya cəlb olunub.

Məşqlərdə texniki qüsurları və zəifliyi dərhal nəzərə çarpan Dia, yalnız zədəlilərin çoxluğu səbəbindən “Lids”lə matçın iştirak ərizəsinə daxil edilib. 32-ci dəqiqədə zədələnən Mett Le Tissyenin əvəzinə meydana çıxan “hücumçu”, gülünc xətaları ilə yadda qalıb və qəzəblənən Suness onu 85-ci dəqiqədə əvəzləyib. Növbəti gün isə klub onun müqaviləsini ləğv edib.

“O, buz üstündəki Bembi kimi görünürdü, baxmaq belə utancverici idi. Sanki İPL tarixinin ən pis oyunçusu meydana çıxsın deyə zədələnməyim mənim günahım idi”, – deyə Le Tissye illər sonra matçı xatırlayıb.

İngiltərə elitasındakı 53 dəqiqəlik çıxışı ilə “əfsanə”yə çevrilən Dia, qısa müddət 5-ci divizion təmsilçisi “Qeytshed”də oynadıqdan sonra karyerasını başa vurub (ümumilikdə 12 klubda cəmi 30 oyun). Özünü fırıldaqçı hesab etmədiyini və sadəcə bəxtinin gətirmədiyini desə də, “The Times” qəzetinin “İngiltərə tarixinin ən pis 50 futbolçusu” siyahısına məhz onun adı başçılıq edir.

Məlumatlara görə, hazırda 61 yaşı olan Dia ali biznes təhsili (MBA) alıb və Qətərin paytaxtı Dohada yaşayır.

Paylaş:

Xəbər Lenti

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58