“Neftçi” heyətindəki vacib dəyişikliklərlə bağlı qərarını verib. Paytaxt təmsilçisi yarımmüdafiəçi Emin Mahmudov və qapıçı Emil Balayev ilə davam etmək qərarına gəlib.
Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və hər iki futbolçu ilə mövcud əməkdaşlığın müddətinin uzadılması barədə razılıq əldə olunub.
Komandanın kapitanı Emin Mahmudov 2017-ci ildən bəri “Neftçi”nin uğurları üçün mübarizə aparır. “Ağ-qaralar”ın yetirməsi olan Emil Balayev isə 2011-2014-cü illərdəki ilk dönəmindən sonra, 2023-cü ilin yayında doğma klubuna dönmüşdü.
Xatırladaq ki, cari mövsümü müvafiq mövqedə başa vuran “Neftçi” növbəti mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.