Emil Balayev qayıtdı, Abubakar gözləmədə – “Neftçi”də kimlər oynayacaq?

11.05.26 | 08:51
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 31-ci turunda “Şamaxı” üzərində qazanılan inamlı qələbəni (3:0) şərh edərkən komandasının oyun fəlsəfəsi, kadr islahatları və qarşıdakı prinsipial rəqiblərlə bağlı mühüm açıqlamalar verib.

Komandanın oyununda əfsanəvi Valeri Lobanovskinin “erkən təzyiq və sürətli qol” taktikasının hiss olunması barədə suala ukraynalı mütəxəssis fərqli yanaşma nümayiş etdirib. Lobanovskini dahi mütəxəssis adlandıran Vernidub, “ağ-qaralar”ın öz dəsti-xəttini formalaşdırdığını vurğulayıb: Mən deməzdim kionun sistemini kopyalayırıq“Neftçi” ilk dəqiqələrdən aqressiv və dominant futbol oynamalı olan komandadır. Topa nəzarət etmək və rəqibi sıxmaq bizim əsas hədəfimizdir. Erkən qol işimizi asanlaşdırır, lakin biz bununla kifayətlənmirik. Sevindirici haldır ki, futbolçularım müdafiədə oturmaq yox, sona qədər hücum etmək lazım olduğunu anlayırlar”.

“Qarabağ” üzərindəki 5 illik qələbə həsrətinə son qoyan “Neftçi”nin növbəti hədəfi “Sabah”dır. Vernidub 3 illik uğursuz seriyanı qırmaqda israrlı olduqlarını bildirib: “Başqa çıxış yolumuz yoxdur. Hazırda “Zirə” ilə aramızda cəmi 3 xallıq fərq var, amma bu, hələ heç nə demək deyil. Biz mövsümü ən azı 4-cü pillədə bitirmək üçün “Sabah”la matçda yalnız nəticəyə oynayacağıq. Rəqib mayın 13-də keçiriləcək Kubok finalına köklənsə də, bizim üçün hər oyun finala bərabərdir”.

“Qarabağ”a 1:5 hesablı məğlubiyyətdən sonra heyətdə kəskin dəyişikliklər etdiyini deyən baş məşqçi, qapı xəttindəki rəqabətə də toxunub. Kenan Piriçin əvəzinə Emil Balayevə şans verilməsini normal qarşılayan mütəxəssis, ədalətli rəqabət prinsiplərini önə çəkib: “Hər iki qapıçımız eyni səviyyədədir. Bir oyun biri, növbəti matç digəri çərçivəni qoruya bilər. Bu, məğlubiyyətdən sonra lazım olan “silkələnmə” idi. Abubakar da daxil olmaqla, hər kəsə şans veriləcək. Məsələn, Salyanskinin məşqlərdəki fədakarlığı məni razı salır, ona görə də o, meydandadır. Kim çox çalışsa, formanı o geyinəcək”.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18