Əfsanənin vidasında diqqət çəkən detal: Didanın barmağındakı deformasiyanın sirri

11.08.26 | 19:51

Braziliyalı millisinin keçmiş qapıçı Dida “Milan”ın əfsanəvi futbolçusu Barezinin vida mərasimində iştirak etmək üçün Milana baş çəkib. Mərasim zamanı salamlamaq üçün sağ əlini qaldıran ulduz qolkiperin çeçələ barmağı hər kəsin diqqətini cəlb edib. Barmağın oynaqdan qeyri-təbii şəkildə yana doğru deformasiyaya uğraması ilk baxışdan ciddi və ağrılı bir zədə təəssüratı yaradıb.

Bu görünüş yeni yaşanan bir xəsarətin deyil, Didanın uzun illər qapı xəttində çəkdiyi əziyyətin və ağır yükün nəticəsidir. Təcrübəli qolkiper tibbdə “çəkicvari barmaq” (mallet finger) kimi tanınan patologiyadan əziyyət çəkir. Bu vəziyyət barmağın açıcı vətərinin zədələnməsi və ya cırılması nəticəsində yaranır. Nəticədə barmaq oynağı düzələ bilmir və yana, yaxud aşağıya doğru deformasiyaya uğrayır. İllər öncə çəkilən fotolarda bu əyrilik az da olsa hiss olunsa da, vaxt keçdikcə fəsad daha da kəskinləşib.

Futbol karyerasına Braziliyanın “Vitoriya” klubunda başlayan Dida 1999-cu ildə Avropaya addım atıb. 2010-cu ilə qədər “Milan”ın şərəfini qoruyan braziliyalı qolkiper “rossoneri”nin heyətində 200-dən çox rəsmi matça çıxıb. O, Milan klubu ilə A seriyası və İtaliya Kubokunu, UEFA Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

Braziliya millisinin heyətində də böyük uğurlara imza atan Dida 1996-cı ildə Olimpiya bürünc medalına, 1999-cu ildə Kopa Amerikaya, 2002-ci ildə isə Dünya Çempionatının qızıl medalına sahib çıxıb (1998-ci ildə isə DÇ-nin gümüş mükafatçısı olub).

Qazandığı saysız-hesabsız titullarla yanaşı, Barezinin xatirəsi Didanın qəlbində hər zaman xüsusi yer tutacaq. Keçmiş qolkiper əfsanəvi futbolçu haqqında hisslərini bu sözlərlə bölüşüb: “Futbol dünyasında onun kimi ikinci bir şəxs olmayıb. Ümid edirəm ki, o, hazırda hər birimizin yaşadığı bu səmimi duyğuları hiss edir. Biz ondan çox şey öyrəndik”.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00