DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28
Dünya futbolu

Dünya çempionatının startı ilə bərabər, bəzi ulduz futbolçuların formalarındakı fərqli elementlər diqqətdən yayınmayıb. Sən demə, FIFA 2026-cı il dünya çempionatında yalnız üç əfsanəvi oyunçunun daşıya biləcəyi xüsusi bir emblem təsis edib. Bəs Harri Keyn, Lionel Messi və digər ulduzların formalarındakı bu yeniliklər nəyin göstəricisidir?

FIFA builki dünya çempionatında tətbiq etdiyi yeni nişanlar mənasından bir çox azarkeşlər hələ də xəbərsizdilər. İlk baxışdan mürəkkəb görünsə də, təşkilatçılar forma dizaynındakı bu istisnaları yalnız xüsusi xidmətləri olan futbolçular üçün ediblər.

“Qızıl buts” sahiblərinə xüsusi imtiyaz

Bu yenilik özünü ilk olaraq İngiltərə – Xorvatiya matçında büruzə verdi. İngilislərin 4:2 hesablı qələbəsi ilə başa çatan oyunda azarkeşlər Harri Keyn və Luka Modriçin formalarının komanda yoldaşlarınınkından fərqləndiyini gördülər. Bu fərq qollardakı xüsusi nişanlarla bağlı idi.

İngiltərə millisinin kapitanı meydana qolunda qızıl emblemlə çıxmışdı. Bu simvol onun dünya çempionatlarının “Qızıl buts” mükafatçısı olduğunu təsdiqləyir. 2018-ci ildə Rusiyada keçirilən mundialda 6 qol vuraraq imza atmış və komandasını yarımfinala yüksəltmişdi. Oxşar nişanı daha əvvəl Fransa – Seneqal matçında Kilian Mbappe də daşımışdı. Fransız ulduz DÇ-2022-də vurduğu 8 qolla bu şərəfə layiq görülüb. Özbəkistan – Kolumbiya qarşılaşmasında isə 2014-cü ilin ən yaxşı bombardiri olan Xames Rodriges qolunda eyni unikal simvolla mübarizə aparıb.

Çempionlar, debütantlar və əfsanələr üçün nişanlar     

FIFA dünya çempionları üçün də xüsusi qızıl nişanlar təyin edib. Hazırda bu emblemi son çempion Argentina daşıyır. Ümumilikdə isə tarixdə bu titulu qazanmış Braziliya, Almaniya, Fransa, Uruqvay, İspaniya və İngiltərə də formalarında müvafiq dəyişikliklər etmək hüququna malikdir.

Turnirin debütantları da unudulmayıb. İlk dəfə mundial həyəcanı yaşayan futbolçuların formalarında “FIFA Dünya Çempionatında Debüt” yazısı əks olunub.

Əfsanələrə “Miras” nişanı: Yalnız 5 futbolçu!

Karyerası ərzində ən azı beş dünya çempionatında iştirak etmiş veteran futbolçular isə xüsusi “Miras” (Heritage) nişanı alıblar. Bu eksklüziv statusa cəmi bir neçə əfsanə layiq görülüb: Lionel Messi, Kriştianu Ronaldu, Luka Modriç, Yuto Naqatomo (Yaponiya), Manuel Noyer (Almaniya).

“Qızıl əlcək” sahibləri də unudulmayıb

Almaniya millisinin 40 yaşlı qolkiperi Manuel Noyer daha bir nailiyyətlə öyünə bilər. O, həm də dünya çempionatının ən yaxşı qapıçısına verilən “Qızıl əlcək” nişanını daşıyır. Almaniyalı qapıçı ilə yanaşı, bu simvolu daşımaq hüququ argentinalı Emiliano Martines və belçikalı Tibo Kurtuaya da məxsusdur. 

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20