Braziliya Milli İnsan Hüquqları Şurası (CNDH) ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-da kütləvi irqçilik və nifrət nitqi halları ilə bağlı BMT və FİFA-ya rəsmi şikayət ünvanlayıb.
Sosial şəbəkələrdə aparılan monitorinqlər Braziliya vətəndaşlarına qarşı genişmiqyaslı ayrı-seçkilik və aqressiv kampaniyanı üzə çıxarıb. Araşdırmalar nəticəsində təhqiramiz xarakter daşıyan 89 min paylaşım və şərh qeydə alınıb ki, bunların da 11 faizində açıq irqçilik əlamətləri öz əksini tapıb.
Bununla bağlı Braziliya tərəfi mundialın təşkilatçıları olan ABŞ, Meksika və Kanadanı diskriminasiyanın qarşısını almağa və günahkarların cəzalandırılması məqsədilə dərhal rəsmi araşdırmalara başlamağa çağırıb.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək davam edən mundialda Braziliya yığması 1/8 finala qədər irəliləyə bilmişdi. “Selesao” bu mərhələdə Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.