Çempionluq “Barselona”ya nə qədər qazandıracaq?

11.05.26 | 21:10
Dünya futbolu

“Barselona” yenidən İspaniya futbolunun zirvəsinə yüksəldi. Kataloniya təmsilçisi çempionatın bitməsinə dörd tur qalmış titulunu rəsmiləşdirərək əzəli rəqibi “Real”in bütün ümidlərini puça çıxardı. Bu zəfər klub üçün yalnız mənəvi deyil, həm də böyük maddi dividend deməkdir.

Kataloniyanın nüfuzlu “Sport” nəşrinin yaydığı məlumata görə, La Liqa çempionluğu “Barselona”ya ümumilikdə 150 milyon avroya yaxın gəlir gətirəcək. Bu məbləğə yayım hüquqları, idman bonusları və liqa klubları arasında bölüşdürülən digər vəsaitlər daxildir.

La Liqanın mükafat fondu üç əsas meyar əsasında formalaşır:

50% – bütün klublar arasında bərabər bölünür;

25% – idman nəticələrinə (turnir cədvəlindəki yerə) görə müəyyən edilir;

25% – klubların kommersiya potensialı və gəlir gətirmə qabiliyyətinə əsasən paylanır.

Təkcə yüksək idman nəticələrinə görə verilən bonusların 37,5 milyon avro civarında olduğu təxmin edilir. Bundan əlavə, klub İspaniya Superkubokundakı qələbə sayəsində artıq büdcəsinə 8 milyon avro əlavə edib.

Son illərdə ciddi maliyyə sıxıntıları ilə mübarizə aparan “Barselona” üçün bu vəsaitlər həyati əhəmiyyət kəsb edir. İspaniya mediası vurğulayır ki, çempionluq gəlirləri klubun büdcəsini stabilləşdirməyə və növbəti mövsüm öncəsi transfer planlarını daha rahat həyata keçirməyə imkan verəcək.

Bu zəfər “göy-qırmızılılar” üçün həm meydanda, həm də iqtisadi müstəvidə yeni bir dönəmin başlanğıcı ola bilər.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18