Çempionların savaşı sual altında: Madrid, yoxsa Buenos-Ayres?

13.03.26 | 15:24
Dünya futbolu

Dünya futbolunun iki nəhəngi – son Kopa Amerika çempionu Argentina və Avropa taxtının sahibi İspaniya arasındakı “Finalissima” tipli qarşılaşma ciddi təhlükə altındadır. Martın 27-də Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılan möhtəşəm duel bir neçə kritik səbəbdən sual altına düşüb.

“Radio Marca”nın jurnalisti Roberto Qomesin məlumatına görə, tərəflər oyunun keçiriləcəyi məkanla bağlı ortaq məxrəcə gələ bilmirlər. Argentina millisi İspaniya ilə Madriddə qarşılaşmaqdan imtina edir. “Furiya Roxa” isə öz növbəsində Messinin komandası ilə Buenos-Ayresdə oynamağa isti baxmır.

Əvvəlcə neytral meydan kimi nəzərdə tutulan Doha variantı da gündəmdən düşüb. İrandan gələ biləcək mümkün hücum təhdidləri oyunun Qətərdə keçirilməsini qeyri-mümkün edir.

Əgər tərəflər yaxın günlərdə kompromis əldə etməsələr, oyun qeyri-müəyyən müddətə təxirə salına və ya tamamilə ləğv edilə bilər.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yaranmış vəziyyətdən narahatdır və məsələnin tezliklə həllini tələb edir. DÇ-2026-ya hazırlıq planlarının pozulmasını istəməyən ispanlar, mart ayı üçün təcili olaraq alternativ rəqib axtarışına başlaya bilərlər.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18