Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Tədbirin yekunlarına əsasən, ölkəmizin təmsilçisi “Sabah”ın turnirdəki potensial rəqibinə aydınlıq gəlib.
İkinci təsnifat mərhələsində Finlandiyanın KuPS klubu ilə gücünü sınayacaq Bakı təmsilçisi bu səddi uğurla keçəcəyi təqdirdə, 3-cü raundda “Orxus” (Danimarka) – “Lex” (Polşa)
cütlüyün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 4-ü və ya 5-də, cavab matçları isə avqustun 11-də baş tutacaq.