Braziliya prezidentindən Neymara atmaca: “O, distant iş rejiminə keçib”

20.06.26 | 22:33
Dünya futbolu

Braziliya millisinin ulduz futbolçusu Neymarın zədə səbəbindən yaşıl meydanlardan uzaq qalması ölkə prezidenti Luiz İnasio Lula da Silvanın da diqqətindən qaçmayıb. Gənclər və onların valideynləri ilə keçirilən görüşlərin birində dövlət başçısı “selesao”nun hazırkı lideri ilə bağlı suala ironik cavab verib: “Neymar dünya çempionatı tarixində heyətə çağırılan, lakin məşqlərə distant qatılan ilk futbolçudur”.

Prezidentin bu sözləri qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilib. Xatırladaq ki, ulduz hücumçu yığmanın heyətində sonuncu rəsmi oyununu 2023-cü ilin oktyabrında Uruqvaya qarşı keçirib və həmin matçda çarpaz bağları qopub. Hazırda isə o, baldır əzələsindəki zədə səbəbindən komandadan ayrı qalıb.

Neymarın yoxluğuna baxmayaraq, Braziliya millisi DÇ-2026-nın qrup mərhələsinin son oyununda Haitini 3:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni təmin edib. Lakin baş məşqçi Karlo Ançelotti qələbəyə rəğmən komandanın oyunundan tam razı qanmayıb: “Daha keyfiyyətli futbol gözləyirdim. Müdafiədə səhvləri azaltmalı, hücumda isə daha effektiv olmalıyıq”.

İtalyan mütəxəssis hücum xəttindəki mövcud boşluğu məhz 34 yaşlı Neymarın qayıdışı ilə həll etmək niyyətindədir.

Braziliya Futbol Konfederasiyasının (CBF) məlumatına görə, bərpa prosesinin son mərhələsində olan ulduz oyunçu hazırda Nyu-Cersidəki xüsusi düşərgədə fərdi məşqlər edir. Onun bazar ertəsi komandanın ümumi hazırlığına qoşulacağı gözlənilir.

Paylaş:

Xəbər Lenti

Marselo Byelsa DÇ-2026-dakı su fasilələrindən narazıdır

21.06.26 | 12:44

Seyidcəmşid Cəfərov dünya kubokunun qalibi oldu!

21.06.26 | 12:40

Voleybol yığmamız Avropa Liqasında son matçına çıxır

21.06.26 | 12:11

Tunis DÇ-2026 ilə erkən vidalaşdı: 52 illik antirekordun təkrarı

21.06.26 | 12:06

Tunis yenə böyük hesabala uduzdu

21.06.26 | 11:19

Kürasao tarixi xalını qazandı

21.06.26 | 10:39

Almaniyadan dramatik qələbə: Undav “Bundestim”i xilas etdi

21.06.26 | 10:47

Norveç millisi mundiala 400 kq-dan çox ərzaqla gəlib!

21.06.26 | 10:57

Niderland İsveçə aman vermədi

20.06.26 | 22:37

Qurban Qurbanov: “Ciddi transfer işləri aparılır, gələnlər də olacaq, gedənlər də”

20.06.26 | 22:51

Rəşad Sadıqov: “Turan Tovuz”un cəzalanacağını əvvəlcədən bilsəydik, yaxşı olardı”

20.06.26 | 22:19

“Zirə” qapı xəttini braziliyalı qolkiperlə gücləndirdi

20.06.26 | 22:43

“Qarabağ” mövsümün ilk sınağında “Zirə” ilə qarşılaşdı

20.06.26 | 22:11

Voleybol millimiz Avropa Liqasını məğlubiyyətlə başa vurdu

20.06.26 | 22:48

İspanlar çempionluq formulunu dəyişmir: Uğur yoxdursa, mükafat da yoxdur

20.06.26 | 22:38

Braziliya prezidentindən Neymara atmaca: “O, distant iş rejiminə keçib”

20.06.26 | 22:33

Boksçularmızndan Dünya Kubokunda bir final, iki bürünc

20.06.26 | 18:52

Montella məğlubiyyətdən danışdı, Gülər üzr istədi: Türkiyə tarixi antirekordla DÇ ilə vidalaşdı

20.06.26 | 18:23

DÇ-2026-da yeni İvana Knoll çılğınlığı: Meksikalı model tribunaları fəth etdi

20.06.26 | 18:49

“Odlar Yurdu” və Şəhriyar Məmmədyarov 1/8 finalda

20.06.26 | 18:45