UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Beşiktaş” doğma meydanda Çexiyanın “Hradets Kralove” klubunu 1:0 hesabı ilə məğlub edib. Səfərdəki ilk qarşılaşmada da eyni hesabla qalib gələn İstanbul təmsilçisi iki oyunun nəticəsinə əsasən adını pley-off mərhələsinə yazdırıb.
“Qara qartallar”a qələbə gətirən yeganə qolun müəllifi Vatslav Çerni olub. Vinçenzo İtalyanonun baş məşqçiliyi altında yeni mövsümə möhtəşəm başlayan “Beşiktaş” keçirdiyi 4 rəsmi matçda qapısını toxunulmaz saxlamağı bacarıb. İstanbul klubu “Midtyulland”ı (1:0, 2:0) və “Hradets Kralove”ni (1:0, 1:0) səddləri keçərək yoluna itkisiz və qol buraxmadan devam edir.
Komandanın müdafiədəki inamlı oyunu ilə yanaşı, mərkəz müdafiəçiləri Tiaqo Çalo və Emirhan Topçunun etibarlı çıxışı, eləcə də qapıçı Aleksandr Nübelin kritik seyvləri rəqiblərin fərqlənməsinə imkan verməyən əsas amillərdən olub.
“Beşiktaş” pley-off mərhələsində Litva təmsilçisi “Kauno Jalqiris”lə üz-üzə gələcək. Litvalılar UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Zaqreb “Dinamo”suna hər iki matçda uduzaraq mübarizəni Avropa Liqasında davam etdirmək məcburiyyətində qalıblar. Pley-off mərhələsində Türkiyənin digər təmsilçisi “Trabzonspor”un da rəqibi bəlli olub.
İki oyunun nəticəsinə əsasən “Qurnik”ı mübarizədən kənarlaşdıran “Ferentsvaroş” pley-off mərhələsində “Trabzonspor”un rəqibi olub.
Digər tərəfdən, Albaniyanın “Eqnatiya” klubunun şərəfini qoruyan millimizin müdafiəçisi Zamik Əliyev də komandasının növbəti qələbəsində pay sahibi olub. Həmyerlimiz qarşılaşmanın 46-cı dəqiqəsində Qrudanı əvəzləyərək meydana daxil olub və ikinci hissədə inamlı oyunu ilə diqqət çəkib.Murad Məmmədovun çıxış etdiyi “Pafos” cavab matçında Avstriyanın “Zaltsburq” klubu ilə qarşılaşıb. Limassolda keçirilən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. İlk matçda 0:1 hesabı ilə məğlub olan Kipr təmsilçisi iki oyunun nəticəsinə əsasən mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.
Görüşə ehtiyat oyunçular skamyasında başlayan Murad Məmmədov 82-ci dəqiqədə meydana daxil olub. Azərbaycanlı vinger cəmi iki dəqiqə sonra komandasının bərabərlik qolunu vurub – 3:3. Bu, Məmmədovun “Pafos”un heyətində keçirdiyi ilk oyun və vurduğu ilk qol kimi yadda qalıb.
“Klaksik” (Farer adaları) – “Lex” (Polşa) cavab qarşılaşması nəzərdə tutulan vaxtda baş tutmayıb. Görüş Farer adalarındakı mürəkkəb hava şəraiti və logistik problemlər səbəbindən təxirə salınıb. UEFA ilə aparılan məsləhətləşmələrdən sonra qarşılaşmanın vaxtını dəyişmək barədə qərar qəbul edilib. Qonaq komanda Farer adalarına yalnız avqustun 13-ü axşam saatlarında çata bilib. Oyunun bu gün keçirilməsinə qərar verilib.
UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi, cavab oyunları
Beşiktaş (Türkiyə) – Hradets Kralove (Çexiya) 1:0
Çerni, 40
ilk oyun – 1:0
Qurnik (Zabje, Polşa) – Ferentsvaroş (Macarıstan) 1:1
Urbanski, 45-pen. – Saçek, 82 (avtoqol)
ilk oyun – 0:1
Omoniya (Kipr) – Linkoln Red İmps (Cəbəllüttariq) 1:0
Dioni, 21
ilk oyun – 1:1
Pafos (Kipr) – Zaltsburq (Avstriya) 3:3
Lele, 15, Bil, 37, Məmmədov, 84 – Tabakoviç, 54, 57-pen., 70
ilk oyun – 0:1
Universitatya (Krayova, Rumıniya) – KuPS (Finlandiya) 2:1
Nsimba, 43-pen., Mora, 62 – Qask, 4
ilk oyun – 1:1
Vikinqur (İslandiya) – Tun (İsveçrə) 3:2
Siqurdsson, 16, Tordarson, 38, İnqimundarson, 55 – Fer, 10, Labo, 35
ilk oyun – 0:3
ÇSKA (Sofiya, Bolqarıstan) – Makkabi (Təl-Əviv, İsrail) 1:3
Sensi, 66 – Perets, 12, Şokler, 61, Lapuxov, 69
ilk oyun – 3:0
Anderlext (Belçika) – PAOK (Yunanıstan) 3:2
Petro, 20, Ambros, 47, Sikan, 55 – Jivkoviç, 34, Yeremeeff, 87-pen.
ilk oyun – 1:0
Reyncers (Şotlandiya) – Yagelloniya (Polşa) 1:1
Şenkland, 19-pen. – Prelets, 65
ilk oyun – 1:2
Harts (Şotlandiya) – Benfika (Portuqaliya) 1:1
Maqnusson, 77 – Lyukebakio, 78
ilk oyun – 1:6
Eqnatiya (Albaniya) – Şemrok Rovers (İrlandiya) 5:1
Adcessa, 4, 38, Albanese, 11, 58, Qruda, 20 – Berk, 74
ilk oyun – 1:3
Ple-off mərhələsinin ilk oyunları avqustun 20-sdə, cavab görüşləri isə 27-də keçiriləcək.