“Barselona”nın Madriddəki qələbəsi yetərli olmadı

15.04.26 | 07:27
Dünya futbolu

Bu mövsüm “Barselona” artıq ikinci dəfə idi ki, “Atletiko” qarşısında möcüzəvi geri dönüş axtarışına çıxırdı. İlk cəhd İspaniya Kubokunda Madriddəki 0:4-lük məğlubiyyətdən sonra baş tutmuşdu, lakin o zaman 3:0-lıq darmadağın mərhələ adlamaq üçün kifayət etməmişdi. Çempionlar Liqasının dörddəbir finalında isə vəziyyət qol sayı baxımından o qədər də faciəvi deyildi (ilk oyunda 0:2). Lakin Rafinyanın zədəsi, Kubarsinin qırmızı vərəqə cəzalısı olması və matçın rəqib meydanında keçirilməsi çətinlikləri qat-qat artırırdı.

Kataloniyalıların işini “köhnə tanış” bir qədər asanlaşdırdı. Müqavilə ilə “Barselona”ya məxsus olan Kleman Lanqle, Lamin Yamalın pressinqi altında ötürmə edərkən topu itirdi. Rikoşetdən sonra Ferran topu elə Yamalın yoluna atdı, gənc ulduz isə şansını qaçırmayaraq hesabı açdı – 0:1.

Oyunun startı hadisələrlə zəngin oldu. İlk hücumda Yamalın təhlükəli zərbəsindən sonra “Atletiko” cavab verməyə çalışsa da, “Barselona” tempi salmırdı. Yamalın Olmo üçün yaratdığı ideal qol vəziyyətindən sonra madridlilər oyunu soyutmağa qərar verdilər. Onlar tempin aşağı düşməsinə nail olsalar da, qapıçı Musso Olmonun zərbəsini dəf etməli oldu.

Hissənin ortalarına qədər davam edən sükutu Olmonun mərkəzdən verdiyi ötürmə pozdu. Ferran Torres iki müdafiəçinin əhatəsində dönərək qapıçını məyus etdi – 0:2. Qeyd edək ki, ofsayd xəttini yenə həmin Lanqle pozmuşdu. Dərhal sonra Musso üçüncü qolun qarşısını çətinliklə aldı. Fermin meydana yenicə qayıtmışdı ki, “Barselona” öz qapısında qol gördü. Antuan Qrizman bir ötürmə ilə sağ cinahı yararaq ideal hücumun əsasını qoydu. Sürətlənən Lyorente cərimə meydançasına asma etdi, orada isə Ademola Lukman Kunde ilə mübarizədən qalib ayrılaraq topu tora qovuşdurdu – 1:2. Beləliklə, komandalar fasiləyə “Atletiko”nun ümumi hesabda üstünlüyü ilə yollandılar.

İkinci hissəyə “Atletiko” daha təhlükəli başlasa da, “Barselona”nın cavabı gecikmədi. Qaviyə ötürülən topun qarşısını Lanqle kəsməyə çalışsa da, Ferran dönərək möhtəşəm qol vurdu. Lakin baş hakim epizodu VAR-da araşdırdıqdan sonra Ferranın ofsaydda olduğunu bildirərək qolu qeydə almadı.

80-ci dəqiqədə Erik Qarsiyanın qırmızı vərəqə almasından sonra 10 nəfərlə qalan kataloniyalılar üçün oyunun sonluğu olduqca ağır keçdi. Emosional təzyiq quran “Atletiko” vaxtı öz xeyrinə idarə edərək final fitinə qədər dözdü.

“Barselona” Madriddə qalib gəlsə də, bu, ümumi nəticə üçün kifayət etmədi. Hansi Flikin komandası bu mövsüm Çempionlar Liqası ilə dörddəbir finalda vidalaşır. Beləliklə, “Atletiko”nun növbəti mərhələdəki rəqibi “Arsenal” – “Sportinq” cütünün qalibi olacaq.

Çempionlar Liqası. 1/4 final cavab oyunları

“Atletiko” (İspaniya) – “Barselona” (İspaniya) 1:2 (ilk oyun – 2:0)

Lukman, 31 – Yamal, 4.  Torres, 24.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13