Azərbaycanda keçirilən “Bakı-Xankəndi” beynəlxalq veloyürüşü davam edir. Turnirin 152,8 kilometrlik məsafəni əhatə edən dördüncü mərhələsi Gəncə şəhərindən start götürərək Naftalanda yekunlaşıb.
Gərgin mübarizə ilə yadda qalan bu mərhələnin qalibi İtaliyanın “Bardiani CSF 7 Saber” komandasının üzvü Marko Manenti olub. Azərbaycan təmsilçiləri arasında isə ən yaxşı göstəriciyə Musa Mikayılzadə imza atıb, o, finiş xəttini 38-ci sırada keçib.
Dördüncü mərhələnin nəticələrinə əsasən, fərdi təsnifatda Manenti liderliyini qoruyur. Komanda hesabında isə Qazaxıstanın “Astana Team” komandası birinciliyini davam etdirir. Qeyd edək ki, çoxgünlük veloyürüşə sabah keçiriləcək final mərhələsi ilə yekun vurulacaq.