Avropa Liqasında finalın adı bəlli oldu

08.05.26 | 07:48
Dünya futbolu

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarında emosiyaların pik həddə çatdığı və qol yağışının yaşandığı gecənin yekununda finalçılar bəlli olub. Həlledici matçda Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” klubları kubok uğrunda mübarizə aparacaqlar. İlk matçlarda məğlub olmalarına baxmayaraq, hər iki komanda möhtəşəm geri dönüş edərək adlarını finala yazdırıb.

Səfərdə “Braqa”ya qarşı ilk matçda 1:2 hesabı ilə uduzan “Frayburq” öz meydanında vəziyyəti tamamilə lehinə dəyişməyi bacardı. Matçın qırılma nöqtəsi elə 6-cı dəqiqədə yaşandı – “Braqa”nın futbolçusu Mario Dorgelesin qırmızı vərəqə alması portuqaliyalıların işini çətinlə saldı.

Say üstünlüyündən maksimum yararlanan almanlar rəqibi ciddi təzyiq altında saxladılar. Lukas Küblerin dublu və Yohan Manzambinin qolu ilə hesabı 3:0-a çatdıran “Frayburq” matçın taleyini erkən həll etdi. Pau Viktorun qolu isə «Braqa» üçün təsəllidən başqa bir şey olmadı.

Digər yarımfinal cütü Birmingemdə daha böyük ajiotaj yaratdı. Səfərdə “Nottingem Forest”ə minimal hesabla uduzan “Aston Villa”, “Villa Park”da rəqibinə sözün əsl mənasında futbol dərsi keçdi. Meydan sahibləri böyük hesablı qələbə qazanaraq finala vəsiqəni təmin etdilər.

Olli Uotkins və Emiliano Buendiyanın qolları ilə önə keçən «Aston Villa», Con Makqinnin son dəqiqələrdəki dublu ilə rəqibini darmadağın etdi. Xüsusilə Makqinnin uzaq məsafədən vurduğu baxımlı qol gecənin yadda qalan anlarından oldu.

Bu nəticə ilə “Aston Villa”nın baş məşqçisi Unay Emeri məşqçilik karyerasında 6-cı dəfə komandasını avrokubok finalına (hamısı Avropa Liqası) daşıdı. Opta-nın məlumatına görə, bu göstəricidə yalnız Covanni Trapattoni (7 dəfə) ondan öndədir. İspan mütəxəssis bu turnirin 4 qat qalibidir (“Sevilya” ilə 3, “Vilyarreal” ilə 1 dəfə) və onun yeganə məğlubiyyəti “Arsenal”ın sükanı arxasında olarkən “Çelsi”yə qarşı qeydə alınıb.

Final qarşılaşması mayın 20-də İstanbulun “Tüpraş” stadionunda keçiriləcək. Almanlar klub tarixinin ən böyük uğuruna imza atmağa, Birmingem təmsilçisi isə uzun illərdən sonra Avropa kubokunu qazanmağa çalışacaq.  Həlledici matçda tərəflər həm Avropa Liqasının kuboku, həm də növbəti mövsümün Çempionlar Liqasına birbaşa vəsiqə üçün üz-üzə gələcəklər.

Avropa Liqası, 1/2 final (cavab oyunları)

“Frayburq” (Almaniya) – “Braqa” (Portuqaliya) 3:1 (2:0)
Qollar: Kübler (19, 72), Manzambi (41) – Viktor (79)
İlk oyun: 1:2

Aston Villa (İngitərə) – Nottingem Forest (İngitərə) 4:0 (1:0)
Qollar:Uotkins (36), Buendiya (58-pen.), Makqinn (77, 80)
İlk oyun: 0:1

Paylaş:

Xəbər Lenti

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45