Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub. Çempionatın taleyini həll edən 20-ci turun son matçı gərgin və dramatik mübarizəyə səhnə olub.
Mövsümün həlledici qarşılaşmasında “Neftçi” doğma meydanda əzəli rəqibi “Araz-Naxçıvan”a 2:5 hesabla uduzub.
Bu qalibiyyət sayəsində xallarını rəqibi ilə bərabərləşdirən “Araz-Naxçıvan” əlavə göstəricilərə görə turnir cədvəlində liderliyə yüksəlib və növbəti çempionluğunu rəsmiləşdirib. Bu, Naxçıvan təmsilçisinin Azərbaycan çempionatları tarixində qazandığı 20-ci yubiley çempionluğu olaraq tarixə düşüb.
Neftçi – Araz-Naxçıvan 2:5
Hesabat turu çərçivəsində keçirilən digər qarşılaşmada “Baku Fayr” səfərdə “Şuşa”nın qonağı olub. Görüş qonaqlar 8:5 hesablı başa çatıb.
Xatırladaq ki, cari mövsümdə “Lənkəran” çempionatdan kənarlaşdırılıb. Lakin cənub təmsilçisi mövsüm oyunlarının yarıdan çoxunda iştirak etdiyi üçün, reqlamentə əsasən, qalan turlarda onlarla qarşılaşmalı olan komandalara avtomatik olaraq 3 xal (texniki qələbə) verilib.
Komandaların turnir cədvəlindəki mövqeyi: 1. Araz-Naxçıvan – 52, 2. Neftçi – 52, 3. Baku Fayr – 38, 4. Şuşa – 21, 5. U-19 – 15, 6. Lənkəran – 0