Ramosdan tarixi geri dönüş

26.01.26 | 20:10
Dünya futbolu

İspaniya futbolunda tarixi hadisə baş verir. Dünya çempionu və ikiqat Avropa çempionu, əfsanəvi müdafiəçi Sergio Ramos, yetirməsi olduğu “Sevilya”nı almağa hazırlaşır. “Cadena SER” radiostansiyasının yaydığı son məlumata görə, ulduz futbolçu “Five Eleven Capital” holdinqi ilə birgə klubun hazırkı sahibləri ilə prinsipial razılıq əldə edib.

Mənbələr satınalma məbləğinin təxminən 450 milyon avro olduğu bildirilir. Hazırda Ramos və tərəfdaşlarının klubun maliyyə hesabatlarını və daxili audit sənədlərini analiz etmə mərhələsində olduğu qeyd edilir. Bu maliyyə yoxlamaları müsbət nəticələndiyi təqdirdə, yaxın vaxtlarda rəsmi sənədləşmə prosesinə start veriləcək.

39 yaşlı futbolçu üçün bu addım sadəcə bir biznes investisiyası deyil, həm də böyük mənəvi əhəmiyyət daşıyır. “Sevilya” akademiyasının yetirməsi olan Ramos, peşəkar karyerasında bu komandanın formasını iki fərqli və unudulmaz dönəmdə geyinib: 2004–2005-ci illər: gənc istedad kimi karyerasının parlaq başlanğıcı; 2023–2024-cü illər: uzun illərdən sonra kluba duyğusal və simvolik qayıdış.

Tarixi Karyera və “Sevilya”nın Yeni Ümidi

Xatırladaq ki, Sergio Ramos futbol tarixinin ən titullu oyunçularından biridir. O, “Real”ın heyətində 5 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olub, PSJ ilə iki dəfə Fransa çempionluğu yaşayıb. İspaniya millisinin heyətində isə Dünya çempionu (2010) və ikiqat Avropa çempionu (2008, 2012) titullarını qazanıb.

Hazırda “Sevilya” La Liqada işləri yaxşı getmir, 21 oyundan sonar 24 xal toplayan komanda 11-ci pillədə qərarlaşıb. Azarkeşlər ümid edirlər ki, Ramosun rəhbərliyi altında klub həm maliyyə, həm də idman baxımından yenidən öz əvvəlki əzəmətinə qayıdacaq.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03