“Araz-Naxçıvan”ın Avram problemi

12.09.25 | 08:04
Ölkə futbolu

Premyer Liqanın liderlərindən olan “Araz-Naxçıvan” bu gün səfərdə “Kəpəz”lə üz-üzə gələcək. Gəncə klubu hazırda böhran içindədir və daha çox meydandan kənar işlərlə məşğuldur. Bununla belə, “Araz-Naxçıvan” da qayğısız deyil. Cari mövsümə pis başlamayan Naxçıvan klubunun çiyinlərinə növbəti tur öncəsi durduğu yerdə əlavə qayğı yükləndi. Komandanın əsas qapıçısı Kristian Avram Moldova yığmasına həvəslə getsə də, oradan çökmüş vəziyyətdə qayıdıb. Norveç yığması Avramın qapısına müasir futbolda nadir rast gəlinən sayda – 11 qol vurub. Avram oyundan sonra “ölməyəcəm, güclü qalmalıyam. Amma 11 qol çoxdur” deməklə  psixoloji durumunun yaxşı olmadığını büruzə verdi. “Araz Naxçıvan”ın məşqçi heyətinin Avramı özünə gətirmək və 11 qolun sadəcə qorxulu yuxu olduğuna inandırmaq üçün çox az zamanı var. Avramın nə gündə olduğunu öyrənməyə çalışsaq da, klubdan bir məlumat vermədilər. Görünür, Avram açıqlama verəcək halda deyil. Təbii, 11 qoldan sonra istənilən qapıçı özündə olmazdı. İndi “Araz”ın tək ümidi “Kəpəz”in yaranmış vəziyyətdən istifadə etməsinə mane olmaqdır.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27