Nəriman Axundzadənin debüt etdi, “Beşiktaş” isə qalmaqallı qələbə qazandı

17.08.26 | 03:08
Dünya futbolu

Millimizin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Ərzurumspor” səfərdə “Amedspor”un qonağı olub. Görüş ev sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Yığmamızın gənc forvardı matçın 75-ci dəqiqəsində – artıq hər üç qol vurulduqdan sonra meydana çıxıb. Bununla da Axundzadə Türkiyə Super Liqasında debütünü rəsmiləşdirib.

Günün digər maraqlı qarşılaşmasında “Beşiktaş” doğma azarkeşləri önündə “Eyüpspor”u qəbul edib. “Qara qartallar” bu görüşdən 1:0 hesablı minimal qələbə ilə ayrılıblar. İstanbul təmsilçisinə üç xal qazandıran yeganə qola matçın 25-ci dəqiqəsində Vatslav Çernı imza atıb. Qonaq komandanın vəziyyətini bir az da çətinləşdirən məqam isə 68-ci dəqiqədə David da Koştanın ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyması olub.

Qarşılaşmada ən çox müzakirə olunan epizod isə qırmızı vərəqədən daha çox hakimin səssiz qaldığı bir epizod olub. Belə ki, “Beşiktaş”ın oyunçusu Calonun rəqibini saçından dartması böyük rezonans doğursa da, qarşılaşmanın baş hakimi bu kobud hərəkətə görə ona vərəqə göstərməyib. Referinin bu addımı azarkeşlər və idman ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

“Beşiktaş” yeni mövsümə 3 xalla inamlı start verib. “Ağ-qaralar” cümə axşamı avrokuboklar çərçivəsində evdə “Kauno Jalgiris”i qəbul edəcək, bazar günü axşam isə çempionatda “Alanyaspor”un qonağı olacaq. Ötən mövsüm elitadakı yerini son anda qorumağı bacaran “Eyüpspor” isə ilk turu xalsız başa vurub. Komanda ilk xallarını növbəti turda “Qaziantep FK” ilə keçiriləcək matçda qazanmağa çalışacaq.         

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46