UEFA Avropa Liqası və Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin UEFA reytinq cədvəli yenilənib.
“Qarabağ”ın Bakıda Ukrayna “Dinamo”suna (Kiyev) qalib gəlməsi (2:0) ölkəmizin hesabına əlavə 0,250 xal yazdırıb. Bu nəticədən sonra xal ehtiyatını 21,687-yə çatdıran ölkəmiz reytinq cədvəlinin 26-cı pilləsindəki mövqeyini qoruyub.
Hazırda cədvəldə bizdən bir pillə yuxarı olan Ukrayna (22,587 xal), bir pillə aşağıda isə Slovakiya (20,500 xal) qərarlaşıb. Ölkəmız cari avrokubok mövsümünə 18,562 xalla başlamışdı.