Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10
Ölkə futbolu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Kiyev “Dinamo”suna qalib gəldikləri (2:0, ilk oyun – 0:1) qarşılaşmadan sonra geniş mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis oyunun təhlili ilə yanaşı, azarkeş dəstəyi, qapıçı seçimi, transfer şayiələri, yeni futbol qaydaları, “Tvente” ilə gözlənilən pley-off qarşılaşması və “Sabah”ın avrokuboklardakı uğurları barədə jurnalistlərin suallarını cavablandırıb.

Oyunun ümumi mənzərəsini dəyərləndirən Qurban Qurbanov azarkeşlərin yaratdığı möhtəşəm mühiti xüsusi vurğulayıb: “Oyun çox gərgin və stressli keçdi. Müəyyən anları çıxmaq şartilə, futbolçularımız 90 dəqiqə boyunca tam diqqətli idilər. Qarşımızda təslim olmaq istəməyən güclü rəqib var idi. Lakin həm topla, həm də topsuz oyunda doğru tapşırıqları yerinə yetirdik və vacib qələbə qazandıq.

Azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Məndə elə bir təəssürat yarandı ki, keçən mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki o möhtəşəm atmosfer və birlik bu gün yenidən stadiona qayıtmışdı. Rəqibə də uğurlar arzulayıram. Belə bir komanda ilə oynamaq və qalib gəlmək bizim üçün xoşdur. Bakıda”Dinamo”ya azarkeşlik edən çoxdur. Uşaqlıqda biz özümüz də onların oyunlarını həyəcanla izləyirdik”.

Rəqib məşqçinin “Qarabağ”ın imkanlardan maksimum yararlandığı barədə fikrinə və iki oyun arasındakı fərqlərə toxunan baş məşqçi bunları qeyd edib: “Cavab matçı ilə ilk oyun arasında fərqlər çox idi. Bakıda daha fəal idik, presinqimiz daha dəqiq işlədi, topla daha sürətli və səliqəli rəftar etdik. Əsas məqsədimiz rəqibi topsuz saxlamaq idi.

İkinci hissədə bəzi dəyişikliklərə əl atdıq. Belə bürkü havada 90 dəqiqə eyni tempdə oynamaq çətindir. Məşqlərdə üzərində işlədiyimiz bir çox elementi meydanda görə bildik”.

Polşalı qapıçı Mateuş Kohalskinin ehtiyatda qalması və şayiələrə toxunan Qurbanov yeni transfer Martin Zlomisliçin inamlı oyununu yüksək qiymətləndirib: Kohalskinin oyunu bizi tam qane edir. Onun komandadan ayrılması ilə bağlı heç bir söhbət və ya fikir yoxdur. Mətbuatda bəzi xəbərlər yazılsa da, realda belə bir şey yaşanmır. Bəzən futbolçulara istirahət vermək daha faydalıdır. Martin Zlomisliç də özünü çox yaxşı tərəfdən göstərdi.

Bəlkə də kimsə Martini əsas heyətdə meydana buraxmağı risk hesab edirdi, lakin mən belə düşünmürdüm. Risk etməyən qəhrəman olmaz. Lakin bu, risk deyildi – Martin təcrübəli qapıçıdır, “Riyeka” ilə avrokuboklarda oynayıb, Dünya Çempionatının iştirakçısı olub. Onun təcrübəsinə görə narahat deyildim, narahat olsaydım, şans verməzdim”.

Matç ərzində futbolçuların zədələnməsi zamanı tətbiq edilən yeni kənarlaşdırma qaydalarına münasibət bildirən mütəxəssis zarafatından da qalmayıb: “Meydana həkim daxil olursa, futbolçu ən azı 1 dəqiqə xəttin kənarında gözləməlidir. Elvinin ağrıları var idi. İkinci epizodda isə söhbət bir neçə saniyədən gedirdi. Hakimlər də belə gərgin və istilərdə keçən oyunlarda durumu anlamağa çalışmalıdırlar. Belə hallar aut atışlarında, qapıdan zərbələrdə hələ çox olacaq, qaydalar hələ tam oturuşmayıb”.

Elvin Cəfərquliyevin “asfaltda məşq etmişəm” açıqlamasına Qurban Qurbanovun zarafatla reaksiyası: “Bəlkə də islah olunmaq üçün elə asfaltda daha çox məşq etmək lazımdır (gülür). Həqiqətən asfaltda məşq etdiyini düşünmürəm… Bəlkə fərdi şəkildə məşğul olub, tam bilmirəm. Amma xeyri olacaqsa, bundan sonra tez-tez asfalta göndərərik”.

Növbəti mərhələdəki rəqib Niderlandın “Tvente” klubu barədə danışan mütəxəssis taktiki hazırlıqlar üçün vaxtlarının olduğunu bildirib: “Tvente”nin oyunlarına hələ tam baxmamışam, sadəcə 6:0 hesabı ilə qələbə qazandıqları matçın qollarına göz gəzdirmişəm. Xalis niderland futboludur, çox gözəl qollar vurublar. Biz ilk dəfə avrokubokların qrup mərhələsinə məhz bu rəqibi üstələyərək vəsiqə qazanmışdıq. Topa nəzarəti sevən komandadır. Bəlkə də bu matçda daha çox düşünməli və daha çox hərəkət etməli olacağıq”.

“Sabah”ın Çempionlar Liqasında pley-offa yüksəlməsini ölkə futbolu üçün böyük uğur adlandıran Qurban Qurbanov, rəqibə uğurlar arzulayıb: “Belə komandalar və nəticələr olmadan futbol inkişaf edə bilməz. Onlar işlərini gələcəyi düşünərək planlı şəkildə qurublar. Bu, həm bizə, həm də digər komandalara motivasiya verir. Sabah” ÇL-də, biz də Konfrans Liqasında pley-offu keçsək, iki komandamızın qrupda olması futbolumuzu daha da canlandıracaq.”

“Tofiq Bəhrəmov” stadionunun ot örtüyü ilə bağlı narahatlığını da gizlətməyən mütəxəssis, əməkdaşların meydançanı lazımi vəziyyətdə saxlamaq üçün əllərindən gələni etdiyini və stadion rəhbərliyi ilə ortaq məxrəcə gələcəklərini bildirib. Baş məşqçi həmçinin heyətə yeni qüvvələrin cəlb olunacağını istisna etməyib: “Təbii ki, komandada şanslar var, lakin bəzən istədiyim əvəzetmələri edə bilmirəm. Bu səbəbdən həm müdafiə, həm də hücum xəttini gücləndirəcək yeni futbolçu transfer etmək niyyətindəyik”.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00