UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belqrad “Srvena Zvezda”sını mübarizədən kənarlaşdıran İsrailin “Hapoel” (Beyer-Şeva) klubu pley-offda Azərbaycan çempionu “Sabah”la üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belqrad “Srvena Zvezda”sını mübarizədən kənarlaşdıran İsrailin “Hapoel” (Beyer-Şeva) klubu pley-offda Azərbaycan çempionu “Sabah”la üz-üzə gələcək.
Vaxtilə İsrailin “Makkabi” (Xayfa) klubunda çıxış etmiş 23 yaşlı hücumameylli yarımmüdafiəçi Ran Koxukun baş məşqçisi olduğu sabiq rəqibi və hazırkı komandasının son çıxışı barədə fikirlərini bölüşüb.
Əvvəlcə III təsnifat mərhələsindəki oyunu dəyərləndirən və “Sabah”ın heyətində ilk qolunu vuran Severin təəssüratlarını belə ifadə edib: “Özümü mükəmməl hiss edirəm. Çox yaxşı oyun nümayiş etdirərək haqq etdiyimiz qələbəni qazandıq. Hələ ilk matçdan görünürdü ki, biz üstün tərəfik. Təəssüf ki, həmin görüşdə imkanlardan istifadə edə bilmədik. Cavab oyununda üstün tərəf olduğumuzu bir daha göstərdik. “Sabah”ın heyətində ilk qolumu vurmaq mənim üçün çox xoş oldu. Ümid edirəm ki, növbəti matçlarda da komandama daha çox qolla fayda verəcəyəm”.
Keçmiş komandasının prinsipial rəqibi ilə pley-off oyunlarına toxunan niderlandlı vinger İsrail klubunun gücünü vurğulayıb: “Hapoel” çox yaxşı komandadır. “Makkabi”də oynayarkən onlara qarşı çıxış etmişəm. Bizi iki maraqlı və gərgin qarşılaşmanın gözlədiyini düşünürəm. Bu mərhələdə zəif rəqib olmur — əgər bir komanda pley-offa qədər gəlib çıxıbsa, deməli, kifayət qədər güclüdür”.