Premyer Liqasında 2026/2027-ci illər mövsümünün I turunun hakim təyinatları açıqlanıb.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verilir ki, yeni mövsümün açılış qarşılaşması FIFA referisi Tural Qurbanova tapşırılıb.
I turun oyun cədvəli və hakim təyinatları aşağıdakı kimidir:
14 avqust (cümə)
19:30. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev | AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Məkan: Tovuz şəhər stadionu
15 avqust (şənbə)
18:30. “Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı | AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Məkan: Qəbələ şəhər stadionu
20:45. “Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov | AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Məkan: “Bank Respublika Arena”
16 avqust (bazar)
19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov | AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Məkan: “SOCAR Polymer Arena”
21:00. “Zirə” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov | AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Məkan: Zirə İdman Kompleksinin stadionu
17 avqust (bazar ertəsi)
19:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov | AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Məkan: Tofiq Bəhramov adına Respublika Stadionu