Premyer Liqa təmsilçisi “Şəfa” heyətini yeni hücumçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, braziliyalı forvard Luis Felipe da Silva Rodrigeslə 1+1 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu karyerası ərzində müxtəlif ölkə və klubların şərəfini qoruyub. O, son olaraq Albaniyanın “Vora” komandasında çıxış edib. Vətənində isə “Boavista”, “Parana” “Kaldense”, “Banqu Atletiko”, “Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klubların formasını geyinib.