UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinə vəsiqə uğrunda keçirilən III təsnifat mərhələsinin cavab oyunları baş tutub. Türkiyə təmsilçisi “Fənərbaxça” səfərdə Avstriyanın “Şturm” (Qrats) klubunun qonağı olub.
İlk oyunda 2:0 hesablı qələbə qazanan İstanbul nəhəngi, cavab matçında da rəqibini minimal hesabla üstələyərək ümumi 3:0 hesabı ilə pley-off mərhələsinə adlayıb.
Matçda fərqi müəyyənləşdirən yeganə qolu 66-cı dəqiqədə penaltidən Anderson Taliska vurub. Qələbə topunun müəllifi olan 32 yaşlı ulduz futbolçu yeni mövsümə inamlı startı ilə diqqət mərkəzinə düşüb. Belə ki, o, “sarı-lacivərtlilər”in cari mövsümdə keçirdiyi hər 4 rəsmi matçda qol sevinci yaşamağı başarıb.
Çempionlar Liqasının əsas mərhələsinə gedən yolda “Fənərbaxça”nın sonuncu əngəli Fransanın “Lion” klubu olacaq. Fransa komandası Çexiyanın “Sparta” (Praqa) klubunu mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:2 hesabı ilə uduzan “Lion”, cavab oyununda məğlubiyyətin əvəzin böyük hesablı qələ ilə çıxıb – 3:0.
Təqvimə əsasən, pley-off mərhələsi çərçivəsində “Fənərbaxça” və “Lion” arasındakı ilk oyun avqustun 18-də Kadıköydə, cavab matçı isə avqustun 26-da Fransada keçiriləcək.
Çempionlar Liqası 2026/27, III təsnifat mərhələsi:
Kayrat (Qazaxıstan) – Levski (Bolqarıstan) 0:1 (ilk oyun – 0:1)
Reynaldo, 13
Bude Qlimt (Norveç) – Yunion Sent-Jiluaz (Belçika) 3:2 (3:3)
Blomberq, 51, Hauge, 76, Helmersen, 117 – Karvalyo, 62, Fuseyni, 88
Sabah (Azərbaycan) – Orxus (Danimarka) 4:0 (1:2)
Simiç, 59, Solve, 20, Mikkels, 78, Severina, 89
Kauno Jalgiris (Litva) – Dinamo (Zaqreb, Xorvatiya) 1:2 (0:5)
Debelyuks, 56 – Kaçavenda, 19, Mişiç, 30
Neymegen (Niderland) – Olimpiakos (Yunanıstan) 2:1 (0:0)
Linssen, 70, Mor, 95 – Əl-Kaabi, 46
Srvena Zvezda (Serbiya) – Hapoel (Beer-Şeva, İsrail) 0:2 (0:1)
Zlatanoviç, 61, İst, 79
Slovan (Slovakiya) – Myalbü (İsveç) 2:0 (2:1)
Kamara, 47, İracanq, 78
Çelye (Sloveniya) – Ararat-Armenia (Ermənistan) 2:0 (1:2)
Dyukuli, 83, Verbiç, 85
Şturm (Avstriya) – Fənərbaxça (Türkiyə) 0:1 (0:2)
Taliska, 66-pen.
Lion (Fransa) – Sparta (Çexiya) 3:0 (1:2) Nuama, 20, Meytlend-Naylz, 66, Morton, 72