Yakob Poulsen: “Kobud səhvlərə yol verdik, “Sabah” isə bizi bağışlamadı”

12.08.26 | 00:31
Ölkə futbolu

Danimarkanın “Orxus” klubunun baş məşqçisi Yakob Poulsen UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Masazırda “Sabah”a qarşı məruz qaldıqları 0:4 hesablı darmadağını (ilk oyun – 2:1) şərh edib.

Mətbuat konfransında çıxış edən danimarkalı mütəxəssis məğlubiyyətin əsas səbəbi kimi komandasının müdafiədəki bağışlanılmaz səhvlərini göstərib və Bakı təmsilçisinin layiqli qələbə qazandığını etiraf edib.

Oyunun, xüsusilə də qolların vurulduğu ikinci hissənin ssenarisini dəyərləndirən Poulsen, hadisələrin bu cür cərəyan edəcəyini gözləmədiklərini bildirib: “Təbii ki, bir hissədə dörd qol buraxacağımızı gözləmirdik. Öz səhvlərimiz ucbatından belə məğlub olduq. Kobud xətalara yol verdik və rəqibə topa sahib olmaq imkanı yaratdıq. “Sabah” kimi komandaya belə şans versəniz, sizi mütləq cəzalandıracaq. Əslində biz topa nəzarət etmək istəyirdik, lakin üstünlük rəqibə keçdi və onlar təzyiqi saniyəbəsaniyə artırdılar. Müdafiədəki yolverilməz səhvlərimiz böyük hesablı məğlubiyyəti qaçılmaz etdi”.

“Sabah”ın pley-off mərhələsinə vəsiqə qazanmağa tam layiq olduğunu vurğulayan baş məşqçi, rəqibin fərdi keyfiyyətlərinə də diqqət çəkib. O, rəqib heyətdən xüsusi olaraq bir futbolçunu fərqləndirib: “İki oyunun nəticəsinə və ümumi mənzərəyə baxsaq, “Sabah” çox yaxşı oyun nümayiş etdirdi və növbəti mərhələni haqq etdiyini sübuta yetirdi. Onların heyətində olduqca keyfiyyətli futbolçular var, xüsusən də hücum xəttində çox effektivdirlər. “Sabah”dan kimi öz komandamda görmək istədiyimə gəlincə, İvan Lepinyitsanın adını qeyd edərdim”.

Çempionlar Liqası ilə vidalaşan “Orxus” mübarizəsini UEFA Avropa Liqasında davam etdirəcək. Poulsen, bu turnirdəki böyük ehtimalla potensial rəqibləri olacaq Portuqaliya nəhəngi “Benfika” barədə suala qısaca münasibət bildirib: “Avropa Liqasında püşk bizim üçün çətin oldu. Lakin hazırda bütün diqqətimiz qarşıdakı çempionat oyununa yönəlib. Yalnız həmin matçdan sonra “Benfika” haqqında düşünməyə başlayacağıq”.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00