Salah niyə “Trabzonspor”u seçdi? Avropa futbolunu təəccübləndirən transferin pərdəarxası

09.08.26 | 17:39
Dünya futbolu

Futbol klubları transfer elanlarını canlı incəsənət əsərinə çevirməyi çoxdan öyrəniblər. Bir şəkil, qısa video və ya hətta kiçik bir eyham belə azarkeşlərin marağını artırmaq üçün kifayət edir. “Trabzonspor”un çərşənbə axşamı gecə saatlarında paylaşdığı 17 saniyəlik video da istisna olmadı: Süni intellektlə hazırlanan çarxda klubun “Papara Park” stadionu üzərində ucalan piramida və tac emojisi əks olunmuşdu. Çox keçmədən gözlənilən xəbər rəsmiləşdi  və İngiltərə Premyer Liqası tarixinin ən məhsuldar əcnəbi hücumçusu, “Liverpul”dan ayrılan Məhəmməd Salah karyerasını Türkiyədə devam etdirəcək.

Klub Salahın İstanbuldakı Atatürk Hava Limanına gəliş vaxtını sosial şəbəkələrdə açıq şəkildə paylaşdı. Türkiyə futbolunda məşhur bir deyim var: “Çempionluqlar hava limanında qazanılır”.

Misirli ulduzun səyahəti “Trabzonspor”un rəsmi YouTube kanalında canlı yayımlandı. 34 yaşlı hücumçunu İstanbulda yüzlərlə azarkeş qarşıladı, daha sonra o, Trabzona yola düşdü. Təyyarədən paylaşılan ilk fotolarda Salahın əlində 61 nömrəli forma var idi. Meydanda 10 nömrə ilə çıxış edəcək olsa da, 61 rəqəmi Trabzon şəhəri, onun avtomobil kodu və poçt indeksi kimi yerli identikliyin ən böyük simvoludur. Salah yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Salahın masasında ABŞ və Səudiyyə Ərəbistanından kifayət qədər cazibədar maliyyə təklifləri var idi:

MLS (“Sporting Kansas City”). Misirli mühacirin oğlu Piter Mallukun sahibi olduğu klub Salaha “Liverpul”dakı məvacibini təklif etməyə və onu Liqada Messidən sonra ən çox qazanan ikinci futbolçu etməyə hazır idi. Lakin Salah Avropada qalmaq naminə daha az məvacibə razı olacağını bildirərək bu variantı rədd etdi.

Səudiyyə Pro Liqası. Şərqin zəngin klubları uzun müddət misirli ulduzu transfer etməyə çalışırdı. Salahın özü də 2025-ci ildə verilişlərin birində “Liverpul”la müqaviləni yeniləməsəydi, Səudiyyəyə gedəcəyini etiraf etmişdi. Lakin bu yay Çempionlar Liqasında “Qalatasaray”la oyundan sonra futbolçu Türkiyə təmsilçilərinə Səudiyyə Ərəbistanı planlarının olmadığını açıq şəkildə bildirdi.

Misirli ulduzun Türkiyəyə gəlişi gözlənilən olsa da, onun İstanbul nəhənglərinə (“Qalatasaray” və ya “Fənərbaxça”) deyil, məhz “Trabzonspor”a keçməsi futbol ictimaiyyəti üçün sürpriz oldu. “Qalatasaray” və “Fənərbaxça” futbolçuya rəsmi maraq göstərmədi. “Beşiktaş” isə danışıqları uzun müddət aparsa da, maliyyə şərtlərində razılığa gələ bilmədi. Klubun texniki direktoru Önder Özenin sözlərinə görə, prezident Serdal Adalı populizmdən qaçaraq realist addım atdı və Salahın tələblərini qarşılamamaq üçün danışıqlardan çəkildi.

Müqavilənin Maliyyə Təfərrüatları: 17 Milyon Avroluq Paket

Türkiyədə Salahın tələblərini yerinə yetirən yeganə klub

“Trabzonspor” oldu. Klubun rəsmi olaraq açıqladığı müqavilə şərtləri aşağıdakı kimidir:

Məvacib (İllik)                             10 milyon avro

İmza Bonusu (İllik)                     7 milyon avro

Ümumi İllik qazanc                    17 milyon avro

Atribut satışı                                Futbolçunun adına satılan məhsulların 20%-i

Menecer komissiyası                2 il üçün ümumilikdə 1.7 milyon avro (5%)

Bu böyük müqavilə dövlətə yaxınlığı ilə bilinən “Turkish Airlines” və Türkiyənin milli elektromobil brendi olan “Togg” sponsorluqları hesabına maliyyələşdirilir.

“Qalatasaray”ın ardıcıl 4 dəfə çempion olmasından sonra rəqiblər bu dominantlığa son qoymaq üçün böyük büdcələr ayırırlar. “Beşiktaş” Leandro Trossardı heyətinə qataraq Duşan Vlahoviçlə maraqlanır, “Fənərbaxça” Meyson Qrinvud və Natan Akeyi transfer edib. “Trabzonspor” isə məhz Salah gedişi ilə çempionluq mübarizəsinə qoşulmağa çalışır.

34 yaşlı misirli hücumçu üçün bu addım bəlkə də top-klublara yenidən qayıdış platforması deyil, lakin Türkiyə Super Liqası üçün unudulmaz və tarixi bir səhifənin başlangıcıdır.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13