«Kəpəz» klubu daxili transferdə növbəti addımını ataraq qapıçı Elgün Bayramovla müqavilənin müddətini uzadıb.
Gəncə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, 23 yaşlı qolkiperlə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulan yeni razılaşma əldə olunub.
Gənc qolkiper ötən mövsüm «sarı-göylər»in heyətində rəsmi qarşılaşmalarda 2 matçda şans qazanıb.